Prezident İlham Əliyevin Ukraynaya
işgüzar səfəri bu ölkənin aparıcı KİV-ləri tərəfindən
geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri bu ölkənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, UNAN, “İnterfax-Ukrayna” “Gordon”, “Segodnya”, “Obozrevatel”, “Senzor”, “Korrespondent”, “Lb.ua” və digər onlarla informasiya agentliyi və xəbər portallarında, “Ukrayna 24”, “1+1”, “2+2”, “İnter”, “Perşiy UA” və digər telekanallarda Prezident İlham Əliyevin Kiyevdə keçirdiyi görüşlərə dair informasiyalar, reportajlar baş xəbər olub.
Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü, imzalanan
sənədlər, birgə bəyanatda səslənən
fikirlər məqalə və reportajların ana
xətti olub.
Azərbaycan.-
2022.-16 yanvar.- S.2.