Daxili işlər naziri Daxili
Qoşunların Baş İdarəsində
müşavirə keçirib
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyindən (DİN) AZƏRTAC-a verilən məlumata görə, müşavirədə giriş sözü ilə çıxış edən general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib. Dövlətimizin başçısının ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
DİN-in və onun təşkilati strukturu olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və xidmətlərini Prezidentin hər zaman yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.
Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Müşavirəyə
yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində Daxili
Qoşunların fəaliyyətini yüksək qiymətləndirib,
qarşıda duran vəzifələrdən
danışıb, onların həlli yollarını göstərib,
konkret tapşırıq və tövsiyələrini
verib. Eyni zamanda əmin olduğunu
bildirib ki, şəxsi
heyət Ali Baş
Komandanın yüksək diqqət və qayğısına sabitliyin, əmin-amanlığın
etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli
mübarizə, eləcə də işğaldan
azad edilmiş ərazilərdə
nümunəvi xidmətləri ilə cavab
verəcək, qarşıya qoyulan bütün vəzifələri
bundan sonra da layiqincə yerinə yetirəcək.
Azərbaycan.- 2022.-16 yanvar.- S.2.