Azərbaycan ərazilərinin 4 faizi milli qoruqlar və parklardır
Qarabağda ermənilərin
məhv etdiyi təbii sərvətlər
arasında onlar
da olub
Azərbaycanda 1925-ci ildə ilk yaradılan Göygöl Dövlət Təbiət Qoruğu olub. Sonuncu milli park - Qızılağac Milli Parkı isə 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən yaradılıb. Ölkədə milli parkların yaradılmasına isə 2003-cü ildən başlanıb.
“Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı tariximizin yaşadıcısı olan maddi-mədəniyyət, eləcə də etnoqrafiyasından soraq verən ərazilərin göz bəbəyi kimi qorunması baxımından çox böyük əhəmiyyətə malikdir. Sərəncama əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonunun tarixi ərazisi isə “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Ölkəmizin təbii landşaftlarının qorunmasına xüsusi təbiət mühafizəsi rejimi vasitəsilə nəzarət edilir. 1925-1930-cu illərdə Azərbaycanın ilk qoruqları - Göygöl, Zaqatala və Qızılağac, 1936-cı ildə Hirkan, 1958-ci ildə isə Türyançay qoruqları yaradılıb. 1959-ci ildə ümumi sahəsi 46,8 min hektar olan daha 8 qoruq (Qobustan, Pirqulu, Şirvan, Qarayazı, Ağgöl, İsmayıllı və İlisu) bu siyahıya əlavə edilib. Daha dəqiq desək, 1930-cu ildən 1990-cı ilə kimi dövlət qoruqlarının sayı 3-dən 15-ə çatdırılıb. 2004-cü ildə isə artıq ümumi sahəsi 194.898 min hektar (ölkə ərazisinin 2.28 faizi qədər) olan 13 qoruq, 4 milli park və 17 yasaqlıq mövcud idi.
2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl milli parkları da yaradılıb. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına Şahbuz Dövlət Təbiət Qoruğu genişləndirilib. Eyni sərəncamla o, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.
Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan milli park yarımadanın cənub-şərq qurtaracağında - Şah Dili ərazisindədir. Parkda 50-dən artıq quş və heyvan, 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
Respublikamızın şimal-şərqində, Xızı və Siyəzən rayonlarının ərazisindəki Altıağac Milli Parkı 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılıb. Milli park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı verilib. Xatırladaq ki, bir ağac məsafəsi təqribən 5-6 kilometrə bərabərdir. Şahdağ Milli Parkı da ölkəmizdə turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edən füsunkar guşələrdən biridir.
2020-ci ildə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi təbiətimizə 30 ilə yaxın müddətdə qənim kəsilən erməni silahlı quldurlarına layiq olduqları cavabı verdi. Ordumuzun işğaldan azad etdiyi ərazilərdə 43 min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Təbii ki, onların yenidən bərpası nəzərdə tutulub. Hazırda həmin ərazilərdə təbiətin mövcud vəziyyəti ilə bağlı qiymətləndirmə işləri aparılır. Ümumiyyətlə isə ölkəmizdə 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı, 10 milli park fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri isə ölkənin ümumi ərazisinin 10,3 faizini təşkil edir.
2018-ci ildən Hirkan meşələrinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsi istiqamətində işlərə başlanılıb. 2020-ci ildə bununla bağlı nominasiya sənədi hazırlanıb.
Yeri gəlmişkən,
işğaldan əvvəl Qarabağda milli park olmayıb. Artıq qanunvericilik milli parkların yaradılmasına
imkan verir. Buna görə də Qarabağda yeni milli parklar yaradılacaq.
Yaxın
gələcəkdə oradakı
yaşıl ormanlar - gözəl meşələrimiz
göz oxşayacaq, istirahət guşələrinə
çevriləcək.
İşğaldan azad olunmuş ərazilərdəki təbiət
qoruğu və yasaqlıqların vəziyyəti
heç də ürəkaçan deyil. Avropanın yeganə
təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların
yarıdan çoxu kəsilib məhv edilib. Qaragöl qoruğunun da
böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan
meşə sahələrinin
minlərlə hektarının
kəsildiyi qeydə alınıb. Bunlar həmin
ərazilərdə davamlı
tədbirlərin görülməsini
vacib edir.
Təbiət abidələri də xüsusi mühafizə olunan obyektlər hesab olunur. Qarabağ ərazisində
152 təbiət abidəsi
qeydə alınıb.
Orada yaşı 450,
500, hətta 2000 il olan ağaclar
var idi ki,
onların əksəriyyəti
vəhşi ermənilər
tərəfindən kəsilib,
daşınıb və
məhv edilib. Gələcəkdə vandallardan müvafiq
təzminatın tələbi
üçün hazırda
qiymətləndirmə işləri
aparılır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 16 yanvar.- S.6.