Ölkəmiz Beynəlxalq Kitab Sərgisində
təmsil olunur
Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub.
Ekspozisiyada Prezident
İlham Əliyevin 2021-ci ili
“Nizami Gəncəvi ili”
elan etməsi ilə bağlı sərəncamına
müvafiq olaraq nəşr
olunmuş dahi şairin “Xəmsə”si, professor
Y.Bertelsin “Böyük
Azərbaycan şairi Nizami”
kitabının ingilis və ərəb
dillərindəki nəşrləri, Azərbaycan Dövlət
Tərcümə Mərkəzi tərəfindən
ərəb dilində nəşr olunmuş
kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə,
ədəbiyyatına, eləcə də 44 günlük
İkinci Qarabağ
müharibəsində Azərbaycan Ordusunun
qəhrəmanlığına və şücaətinə həsr
olunmuş kitablar nümayiş olunur.
Azərbaycan.-
2022.- 16 yanvar.- S.6.