“Şuşa” adlı virtual sərgi istifadəçilərə təqdim
olunub
Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib
ki, virtual sərgidə
Şuşa haqqında rəsmi sənədlər,
Azərbaycanın görkəmli şəxsiyyətlərinin
fikirləri, şəhərin tarixi, mədəniyyəti,
coğrafiyası haqqında kitablar, eləcə
də dövri mətbuat səhifələrində
dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Azərbaycan.-
2022.- 16 yanvar.- S.6.