Monteneqro parlamentinin sədri Ulu
Öndərin məzarını və Şəhidlər
xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək
ki, ziyarət zamanı nümayəndə
heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev və
Monteneqro ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun
rəhbəri İqbal Məmmədov
müşayiət ediblər.
Azərbaycan.-
2022.-18 yanvar.- S.2.