Zəngəzur dəhlizinin açılması qarşısıalınmaz prosesdir

 

Erməni xalqı çıxış yolunu Azərbaycanla əməkdaşlıqda görür

 

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Elə bunun nəticəsidir ki, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olan dövlətlər tərəfindən tam dəstək ifadə olunur. Elə erməni xalqı da çıxış yolunu Azərbaycanla əməkdaşlıqda görür.

 

Ermənistan son 30 ildə özünə qəsd edib

 

Sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib layihələri reallaşdıra bilər. Buna konkret nümunə kimi Ermənistanın Rusiyaİranla dəmir yolu ilə bağlantısı yarada bilmək imkanlarını göstərmək olar.

2021-ci ildə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçətərəfli Soçi görüşü İrəvanda böyük reaksiyaya səbəb oldu. Erməni mediasının, sosial şəbəkə istifadəçilərinin statusları, şərhləri və mövqelərindən görünür ki, onlar ölkələrinin xilas formulunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.

“4rd.am” saytı da yazır ki, dövlət başçılarının son Soçi görüşündə aparılan danışıqlar fonunda bir daha nümayiş olundu ki, kommunikasiyaların bərpa olunması Ermənistan üçün böyük şansdır: “Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, erməni xalqının dirçəliş günüdür. Zəngəzur dəhlizinin açılması Ermənistana qarşıdakı illərdə böyük iqtisadi dividentlər qazandıracaq. Görüşdə şahidi olduq ki, Moskva Bakı ilə geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərində münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Son 10 ilə nəzər yetirdikdə görürük ki, baş verən proseslər regionda Azərbaycanın mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistanla münasibətdə tamam əks vəziyyət müşahidə olunur. Aydındır ki, bu, Sarkisyan-Koçaryan koalisiyasının xarici siyasətinin iflasıdır. Hər halda dövlət başçılarının son görüşü, qəbul edilən qərarlar Ermənistanın xilası olacaq”.

Erməni ekspert Qriqori Vahenyan qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə, müharibədəki məğlubiyyət fonunda sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. Vahenyan diqqəti buna da yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. O vurğulayır ki, Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir. Ölkənin dövlət statistika komitəsi də böyük iqtisadi geriləmələr yaşandığını etiraf edir: “Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regionlar, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirmişdi. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan qazanan tərəf olacaq”.

 

İlham Əliyevlə razılaşmaqdan başqa çarəmiz yoxdur

 

Feysbuksosial şəbəkə istifadəçisi, ixtisasca iqtisadçı olduğunu qeyd edən Manvel Levonyan yazır ki, Zəngəzur dəhlizinin açılması bütün tərəflərin milli maraqlarına tam cavab verir: “İllərdir dediyimiz gerçəkləşir. Nəhayət, yolumuz açılır, işıqlı günlərə çıxa bilərik. Qarabağ problemi Ermənistanı 30 ildən çox bütün layihələrdən təcrid etdi. 30 ildə itirdiklərimizin hesabatını kim verəcək? Sarkisyan, Koçaryan, çıxın xalqa hesabat verin! Görəcəksiniz, Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq. Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq. Bu da bizim üçün məqbul deyilxalq buna qarşıdır”.

Odnoklassnikisosial şəbəkəsində Soçidəki görüşlə bağlı paylaşılan xəbərə münasibət bildirən, profil səhifəsində bank sektorunda çalışdığı yazılan Henrix Qriqoryan adlı istifadəçi isə qeyd edir ki, baş nazir Nikol Paşinyan müharibədən sonra çox düzgün addımlar atır: “Müharibədən sonra yaranan iqtisadi böhran Ermənistanda insanları acınacaqlı vəziyyətlə üz-üzə qoyub. Evlərini satanlar, hətta intihar edənlər də olub. Paşinyan, bir vətənini sevən erməni kimi sizə müraciət edirəm ki, kommunikasiyaların bərpasını uzatmayın. Xalqın taleyini əvvəlki hökumət maraqlandırmadı. İlham Əliyevlə razılaşmaqdan başqa çarəmiz yoxdu”.

 

Qarabağ müharibəsindəki kabusu yenidən yaşamaq istəmirik”

 

Loris Tevosyan adlı birininTvitersosial şəbəkəsindəki paylaşımı da diqqəti cəlb edir: “Zəngəzur dəhlizinin açılması, Azərbaycanla sülh müqaviləsinin imzalanması ermənilərin xilası olacaq. Parlaq günlər qarşıdadır. Səhvə yol vermək olmaz. Əgər Azərbaycanın istəkləri təmin olunmasa, həyata keçirilən təcrid siyasəti davam etdiriləcək. Özübu məsələdə Azərbaycana dəstək verənlərin sayının artması Ermənistan üçün yaxşı heç nə vəd etmir”.

Aşot Simonyan adlı “İnstaqram” istifadəçisi İlham Əliyevin Zəngəzurla bağlı fikirlərinin yer aldığı paylaşıma belə şərh vermişdi: “İllər öncə Əliyev “erməni əsgəri ölmək istəmirsə, Qarabağdaişi var” sözünə 44 günlük müharibədə əməl etdi. Bu gün Zəngəzur dəhlizi ilə bağlı çıxışını izlədim, dəhşətə gəldim. Övladlarıma, mənə müharibə lazım deyil. Boş yerə gənclərimiz həlak olmasınlar. Paşinyan xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləməsin. Qarabağ müharibəsindəki kabusu yenidən yaşamaq istəmirik”.

 

“30 il kor olmuşuq, gözümüz indi açılır”

 

Erməni politoloq Manvel Arminyan da pessimistdir. O qeyd edir ki, Azərbaycan istəyinə hər zaman nail olmaq gücündədir: “Azərbaycanlılar öz proqramlarını minimum həyata keçirdilər. Yəni Qarabağı azad etdilər. İndi isə onların qarşısında maksimum proqramı həyata keçirmək durur”. O bildirib ki, indi Azərbaycanın qarşısında dayanan maksimum məsələ Zəngəzuru, Basarkeçəri, İrəvanı, Qarakilsəni digər əraziləri azad etməkdir: “Hazırda Azərbaycanda növbəti nəsli buna hazırlayırlar. Çünki bilirlər ki, xoşluqla heç kim bu əraziləri onlara qaytarmayacaq. Əgər onlar Qarabağı azad ediblərsə, onda niyə sadaladığım torpaqları da geri qaytarmasınlar”.

Armen Minosyan adlı istifadəçininVKontaktesosial şəbəkəsində İlham Əliyevin şəklini paylaşaraqZəngəzur dəhlizini açmaqla Ermənistanı işıqlı günə çıxaran şəxsiyyətyazması maraqlı rəylərlə qarşılanıb. Vazgen Papinyan adlı istifadəçinin bu fotoya şərhi çoxlu bəyənmə toplayıb: “İndi başa düşürük ki, illərimizi boşa vermişik. Sarkisyan-Koçaryan hakimiyyətdə olduqları müddət ərzində biz erməniləri dərin uçuruma yuvarladılar. Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər bizi çox geri salıb. 30 il kor olmuşuq, gözümüz indi açılır, reallıqları görürük”.

Erməni ekspert Henrix Qalosyan bildirir ki, kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi ölkəsinin düşdüyü blokada vəziyyətindən xilası olacaq: “Zəngəzur dəhlizi bütün tərəflərin milli maraqlarına tam cavab verir. Ermənistan hakimiyyəti bu məsələni uzatmaqla məhvini qaçılmaz edir. Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq. Üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində hüquqi zəmin yaradır. Yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq”.

Son aylarda İrəvanda belə etiraflara daha çox rast gəlmək mümkündür. İndi anlamağa başlayıblar ki, Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbləri 30 ilə yaxın davam edən işğalçılıq siyasəti buna görə Azərbaycanın gördüyü tədbirlər idi.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 18 yanvar.- S.6.