Xalq-Prezident birliyinin yeni nümunəsi

 

Prezident İlham Əliyevin unikal keyfiyyətlərindən biri də qətiyyətli lider kimi yorulmadan islahatlara istiqamətlənməsidir. O, iqtisadiyyatda, daxilixarici siyasətdə, dövlət quruculuğunun bütün istiqamətlərində tükənməyən yeniliklərə köklənməyi bacaran nadir dövlət başçılarındandır.

Bu baxımdan Azərbaycan Prezidentinin bu il yanvarın 12-də yerli telekanallara verdiyi müsahibə həm də dövlətlə mətbuat arasındakı münasibətlərdə tətbiq olunan yenilik kimi qiymətləndirilə bilər.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi 30 illik qısa bir zaman kəsiyini əhatə etsə də, biz əsrlərlə ölçülən sonsuz yeniliklərin, ardıcıl aparılan islahatların və davamlı inkişafın şahidiyik. Bütün bunlar təbii ki, Azərbaycan Prezidentinin ardıcıl olaraq islahatlarasosial rifahın yüksəlməsinə göstərdiyi səylərin nəticəsidir.

İdeoloji müstəvidə sonuncu müsahibəni nəzərdən keçirəndə görürük ki, bu tədbir artıq bütün dünya liderlərinin keçirdikləri illik mətbuat konfranslarının təkrarı deyil. Birinci diqqətçəkən odur ki, tədbirə dəvət alan televiziya kanallarının sayı çoxduronlar  müxtəlif təmayüllüdür. Biz əsasən ona alışmışdıq ki, belə geniş müsahibə adətən bir kanala verilirorada jurnalistin müsahiblə dialoquna yer qalmır. Bu baxımdan beş yerli  televiziya kanalının iştirakı ilə keçirilən müsahibə daha sanballı və daha canlı təsir bağışlayır.

Tədbirin belə dialoq formatında keçirilməsi həmçinin dövlətin birinci şəxsinə gündəmi maraqlandıran daha çox sualların verilməsinə, cavabların daha maraqlı, daha əhatəli olmasına səbəb olur. Bu baxımdan təsadüfi deyil ki, 3 saata yaxın davam edən müsahibədə ölkə əhalisini və beynəlxalq ictimaiyyəti maraqlandıran, rahatsız edən əksər məsələlər qaldırılmış və onlara ətraflı cavablar verilmişdir.

Onu da qeyd edək ki, dünyada dövlət başçılarının mətbuatla görüşləri qəbul edilmiş prosedur qaydalarından biridir. Nadir halda istisna ola bilər ki, hər hansı bir lider belə tədbirdən imtina etsin. Birinci şəxslərin mətbuat konfranslarının keçirilməsi üçün vahid qaydalar mövcud deyil hər bir liderin komandası bu tədbirləri bir-birindən o qədər fərqlənməyən üslubda təşkil edir. Məsələn, Amerika Birləşmiş Ştatlarında mətbuat nümayəndələri ilə ildə bir dəfə keçirilən görüşlər ziyafət kimi təşkil olunur. Klinton,  kiçik Buş,  Obama belə məclisləri aprel ayında keçirirdilər. Amma Tramp ilk dəfə bu ənənəni gözlənilmədən səbəbini izah etmədən pozaraq mətbuat təmsilçiləri ilə şam yeməyindən imtina etdi. Bu, əslində, başa düşülən idi. Çılğın hisslərini cilovlamaqda özünə əziyyət verməyən Tramp hakimiyyətə gəldiyi gündən məğlub edildiyi son anadək ABŞ mətbuatı ilə yola gedə bilmədi.

Almaniyada federal kansler hər yay 200 nəfərə yaxın jurnalistin iştirakı ilə mətbuat konfransı keçirir bu görüş adətən 80-100 dəqiqə arasında olur. Belarus Prezidenti Lukaşenko ilin əvvəlində sonunda böyük mətbuat konfransları keçirir. Dəvət alan mətbuat təmsilçilərinin əvvəlki illərdə sayı 400-ə çatırdısa, 2014-cü ildən onların sayı 50-yə endirildi.

Fransada illik mətbuat konfransları hər il iyulun 14-də - Bastiliyanın alındığı gün təşkil olunur. Amma Emmanuel Makron da  bir neçə il əvvəl, ümumiyyətlə, ənənəvi illik mətbuat konfranslarından imtina etmişdir. Seçicilərdən alqış əvəzinə şapalaq qazanan Makron belə bir məzəli izahat verdi ki, “onun mürəkkəb düşüncə tərzi jurnalist sorğularının formatı ilə uzlaşmır”.

Beləliklə, aydın görünəni odur ki, dünyada dövlət hökumət başçılarının mətbuat konfransları ilə bağlı vahid, hamı tərəfindən qəbul edilmiş format yoxdur. Bu tədbirlər bənzər olduqları qədər  fərqlidirlər.

Azərbaycan müstəqilliyini bərpa etmiş gənc dövlət olmasına baxmayaraq, belə tədbirlərin keçirilməsində bir çox ölkələrdən daha zəngin təcrübəyə malikdir. Xüsusən 44 günlük Vətən savaşı zamanı dövlətimizin başçısının xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələr bu zənginliyin ən ideal təsdiqidir. Bir biz onun şahidiyik ki, Azərbaycan Prezidenti sıravi insanlar üçün hamıdan yaxın açıq olan dövlət başçılarındandır. Çünki İlham Əliyev cəmiyyətlə əlaqələrin inkişafına xüsusi önəm verir. O, bölgələrə səfərlərində vaxt taparaq insanlarla görüşür, onların dərd-səri ilə maraqlanır, eyni zamanda xalqa gələcək perspektivləri izah edir. Ən əsası isə qətiyyətli lider kimi hamını öz ətrafında birləşdirməyi bütün qüvvələri səfərbərliyə almağı bacardığını ortaya qoyur.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.-18 yanvar.- S.6.