Möhkəm təməl, sarsılmaz birlik,
əbədi qardaşlıq
Azərbaycan-Türkiyə münasibətləri gələcək
nəsillər üçün strateji yol xəritəsi, əbədi
və sarsılmaz mirasdır
Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə milli dəyərlər, səmimi dostluq-qardaşlıq və bir çox digər qarşılıqlı tarixi bağlara malik olan Azərbaycan-Türkiyə münasibətləri bu gün özünün ən yüksək zirvəsinə ucalıb. Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan-Türkiyə əlaqələri hazırda mühüm mərhələyə qədəm qoyub.
Bunu şərtləndirən amillər hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq-qardaşlıq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, imzaladıqları mühüm strateji əhəmiyyətli sənədlər, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələrdir.
Bir sözlə, Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı regionda sülhün, təhlükəsizliyin, yüksəlişin və həmrəyliyin qarantıdır.
Davamlı yüksələn əlaqələr, birmənalı
dəstək
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir. 1992-ci il yanvarın 14-də Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan tarixində əlamətdar hadisə kimi yaddaşlara yazılıb. İndi isə fərəh və iftixar hissləri ilə dostluğun-qardaşlığın 30 illik yubileyini qeyd edirik.
XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi adlandırılır.
Atılan qəti addımlarla Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığını bütün sahələr üzrə davamlı inkişaf etdirməyə nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.
İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də əsl nümunədir.
Yanvarın 14-də İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edildiyi kimi, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçib, ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq edib.
İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərini dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi adlandıraraq müttəfiqliyin inkişafı və möhkəmlənməsində Rəcəb Tayyib Ərdoğanın xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb.
Azərbaycan-Türkiyə
müttəfiqliyini, birliyini və
qardaşlığını, bir-birinə verdiyi
güclü dəstəyi dünya
təkcə birlikdə reallaşdırılan
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft
və qaz kəmərləri,
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP
və TAP kimi böyük
iqtisadi layihələrin reallaşması,
Vətən müharibəsi zamanı
görməyib. İki qardaş
dövlətin birliyi və müttəfiqliyi
tarix boyu bütün məsələlərdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi
və digər baxımdan bir-birini daim dəstəkləyib.
Qürur dolu tarixi
günlər
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. 44 günlük Vətən müharibəsi isə bunun bariz təcəssümü oldu.
Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbənin qazanılmasında mühüm rol oynadı.
İlham Əliyev dostuna ünvanladığı məktubda bu məsələyə xüsusi toxunaraq qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqımızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik”.
Göründüyü kimi, Azərbaycan-Türkiyə əlaqələri daim yüksəlişdədir. Liderlər isə bu əlaqələri daha da şaxələndirirlər. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarında qəbul edilən qərarlar iki ölkənin iqtisadi-ticari əlaqələrinin daha da genişlənməsinə böyük töhfələr verir.
Qarabağa ayaq basan ilk xarici ölkə Prezidenti
Bütün zamanlarda liderlərin görüşü, qarşılıqlı
rəsmi səfərləri
hər iki ölkədə böyük
təntənə ilə
qarşılanır və
bu səfərlərin
hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr
üzrə sıx əməkdaşlıq daha
da möhkəmlənir.
Ötən il Türkiyə Prezidentinin Azərbaycana 3 səfəri və xüsusilə də Rəcəb Tayyib Ərdoğanın Qarabağa
ayaq basan ilk Türkiyə lideri olması tarixə yeni səhifə kimi yazıldı.
Keçən il tarixi bir gündə - 15 İyun Milli Qurtuluş Günü Qarabağa ilk səfərini
edən Türkiyə
Prezidentini İlham Əliyev Füzulidə qarşıladı. İki
qardaş birlikdə Şuşaya səfər etdi, təkbətək görüşdən sonra
“Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa
Bəyannaməsi” imzaladılar.
Liderlər mətbuata birgə
bəyanatlarla çıxış
etdilər. Bu, mətbuata yox, əslində, dünyaya verilən bəyanat idi. Belə ki, Azərbaycan-Türkiyə
qardaşlığının Şuşa zirvəsindən
verilən mesajları
hər kəs eşitdi.
İlham Əliyev
Rəcəb Tayyib Ərdoğana ünvanladığı
məktubda həmin günü belə qiymətləndirir: “Türk
dünyasının qədim
mədəniyyət mərkəzi
olan Şuşa şəhərində müttəfiqlik
münasibətləri haqqında
Bəyannamənin imzalanması
sarsılmaz birliyimizi bir daha təsdiq
edən mühüm tarixi addım idi. Bu sənəd
Azərbaycan-Türkiyə əlaqələrinin
inkişafının konseptual
istiqamətlərini müəyyən
edərək, gələcək
müştərək müvəffəqiyyətlərimizə
yol açan yeni mərhələnin əsasını qoymuşdur”.
Şuşaya səfəri
çərçivəsində Rəcəb Tayyib Ərdoğan Azərbaycanın
tanınmış şəxsiyyətləri
Natəvan, Bülbül
və Üzeyir bəy Hacıbəylinin heykəllərini ziyarət
edib, “Xan qızı” bulağında
olub, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ
atları Cıdır
düzündə” adlı
musiqili kompozisiyaya tamaşa edib.
Çiyin-çiyinə irəliləyən,
yeni tarix yazan liderlər
Müharibədən sonrakı dövr regionda əməkdaşlıq,
qarşılıqlı ticarət,
kommunikasiyaların açılması,
yeni nəqliyyat dəhlizlərinin yaradılması
üçün imkanlar
yaratdı. Xüsusilə Zəngəzur dəhlizinin
açılması Azərbaycanın
logistik imkanlarının
daha daha da artmasına real zəmin yaradacaq. Artıq bu istiqamətdə xeyli işlər görülüb.
Dəhlizin açılması istiqamətində
reallaşan tarixi layihələrin təməlqoyma
mərasimlərində Türkiyə
Prezidentinin iştirakı
Azərbaycana əlavə
stimul vermiş oldu. Oktyabrın 26-da Azərbaycana
rəsmi səfər edən Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə “Qarabağın hava qapısı” adlandırılan Füzuli
Beynəlxalq Hava Limanının açılışını
etdilər.
Bu, ilk növbədə,
Azərbaycanın qüdrətinin
göstəricisi idi. Çünki İlham Əliyevin şəxsən
mütəmadi olaraq maraqlandığı bu obyekt cəmi 8 aya inşa edilmişdi.
Prezidentlər həmçinin
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olub Zəngilana yollandılar. Burada prezidentlər Zəngəzur
dəhlizinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun, “Dost Aqropark”ın təməlini
qoydular və Zəngilan rayonunun Ağalı kəndində
həyata keçirilən
“ağıllı kənd”
layihəsi çərçivəsində
görülən işlərlə
tanış oldular.
Prezidentlər bir daha mətbuata
bəyanatlarla çıxış
edib Azərbaycan-Türkiyə
münasibətlərinin sarsılmaz
bağlarla daha da möhkəmləndiyini
dünyaya bəyan etdilər.
İlham Əliyev
dedi ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə
iştirak bir daha birlik və
gücümüzü göstərir:
“Bizim birgə addımlarımız tarixdə
əbədi qalacaq. Bu tarixi biz birlikdə
yazırıq. Necə ki,
bütün müharibə
dövrü ərzində
birlikdə idik, bu gün də
bir yerdəyik”.
Prezident Zəngəzur dəhlizinin
açılmasını da
dəyərləndirərək bildirdi ki, Zəngilan
Şərqi Zəngəzur
bölgəsində yerləşir
və buradan keçən Zəngəzur
dəhlizi bütün
Türk dünyasını
birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur
dəhlizinin gerçəkləşməsi
üçün əməli
addımlar atır. Bu addımlar yaxın
gələcəkdə öz
bəhrəsini verəcək.
Rəcəb Tayyib Ərdoğan isə dedi ki, Azərbaycan
bütün dünyaya
örnək olacaq inkişaf modeli ilə bu bölgənin
inkişafı üçün
fəaliyyətini davam
etdirir: “Gün gələcək Zəngəzurdan
çıxıb İstanbula
qədər gedə biləcəyik, İğdıra,
Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə
çevrilmə imkanı
möhkəmlənəcək”.
Qürurverici haldır ki, Türkiyə-Azərbaycan birliyi,
dostluğu və qardaşlığı bu
gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər
daha da dərinləşərək
yeni mərhələyə
qədəm qoyur. Bütün bunlar
onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi,
dostluğu və qardaşlığı sarsılmazdır
və daim belə də olacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 19 yanvar.- S.1; 3.