Strateji tərəfdaşlıq
əlaqələrinin perspektivləri müzakirə edilib
Yanvarın 18-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng
edib.
Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.
Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.
Azərbaycan və Rusiya prezidentləri regional
təhlükəsizlik məsələləri ilə
bağlı fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-
2022.- 19 yanvar.- S.1.