Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar

 

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Respublikasının Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

AZƏRTAC Müraciəti təqdim edir:

-Cənab Prezident,

Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti xanım Valeri Pekres dekabrın 22-də Mişel BarniyeBrüno Retayyonun müşayiəti ilə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçmiş və Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu qanunsuz səfər sivil dünyanın qanunlarını kobud şəkildə pozur.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekresin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı? Lakin heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz. Biz bu məsuliyyətsiz addımı qətiyyətlə qınayırıq.

Xanım Pekresonun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır. Fransa kimi bəşəri dəyərlər ənənəsinin və dinin siyasətdən ayrılmasının dövlətin təməl daşını təşkil edən bir ölkədə açıq şəkildə bir xalqa qarşı nifrət hissinin aşılanması heç bir mənəvi və universal dəyərlər çərçivəsinə sığmır və bizi çox təəccübləndirir. Onların münaqişəyə dini don geyindirmək cəhdləri səlibçi təfəkkürünə xas davranış kimi qiymətləndirilə bilər. Demək olarmı ki, Fransa maarifçilərinin suveren hüquqi dövləti yenidən obskurantist baxışların basqısına məruz qalır?

Xanım Pekres namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, Fransa və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin o, Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan Azərbaycan ərazisinə gizli keçməsi Azərbaycan qanunvericiliyini, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur.

Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında 28 il davam etmiş münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. O, həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaqsülh səylərini dəstəkləmək öhdəliyinə malikdir. Fransa və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə bir-birinin beynəlxalq sərhədlərini tanıyır, ərazi bütövlüklərinə qarşılıqlı hörməti təsdiqləyir və dostluq münasibətlərini inkişaf etdirirlər. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öhdəliklər qoyur.

Fransanın 1958-ci ildə qəbul edilən konstitusiyasına əsasən, xarici siyasət məsələləri dövlətin mərkəzi hakimiyyətinin müstəsna səlahiyyətlərinə daxildir. Ərazi vahidləri - bələdiyyələr, departamentlər, regionlar - dövlətin xarici siyasəti ilə məşğul ola bilməz və onun beynəlxalq öhdəliklərinə xələl gətirə bilməzlər (Ərazi vahidləri Ümumi Məcəlləsinin L.1115-1 və sonrakı maddələri). Bununla bağlı Fransanın daxili işlər və AvropaXarici işlər nazirləri tərəfindən 2018-ci il mayın 24-də NOR/INTB1809792C nömrəli sirkulyar imzalanmışdır.

Cənab Prezident, Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq, bu kimi qanunsuz səfərlərin qarısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.

Müraciəti imzalayanlar:

1. Tural Gəncəliyevmüstəqil deputat

2. Etibar Əliyevmüstəqil deputat

3. Vüqar Bayramovmüstəqil deputat

4. Zaur Sadıqbəylihüquqşünas, Fransa

5. Mayisə AğamirzəyevaNiderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə koordinatoru

6. Yaşar MusayevAlmaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri

7. Rəşad İbrahimBelçika Azərbaycanlıları Federasiyasının həmsədri

8. Arzu HəsənovaLüksemburqQarabağAzərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini

9. Əliməmməd Nuriyevhüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti

10. Sahib Məmmədovhüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri

11. Çingiz Qənizadəhüquq müdafiəçisi, Demokratiya İnsan Hüquqları Komitəsini sədri

12. Zaur İbrahimov – “PrioritetSosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri

13. Günel Səfərovahüquq müdafiəçisi, “VətəndaşTədqiqat İnkişaf İctimai Birliyinin sədri

14. Novela Cəfərovahüquq müdafiəçisi, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri

15. Səltənət Qocamanlıhüquq müdafiəçisi, İnsan Hüquqları Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

16. Hafiz Həsənovhüquq müdafiəçisi, Hüquq İnkişaf İctimai Birliyinin sədri

17. Səadət Bənənyarlıhüquq müdafiəçisi, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

18. Fatma SəttarovaAzərbaycan Respublikası Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı

19. Rey KərimoğluAzərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini

20. Ramil İsgəndərliHüquqi Təhlil Araşdırmalar İctimai Birliyinin sədri

21. Mayis Əliyev – "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

22. Xalid Kazımov – Regional İnsan Hüquqları Media Mərkəzi İctimai Birliyinin sədri

23. Xanım Əhmədzadə – “Hüquqşünas Qadınlar Assosiasiyasıİctimai Birliyinin sədri

24. Rəfail Becanovİnsan Hüquqları Maarifçilik İctimai Birliyinin sədri

25. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri

26. Vüsalə Hüseynli – "İslahatçı qadınlar innovasiyalar" İctimai Birliyinin sədri

27. Şahin Camalov – “İnsan Hüquqları XXI əsr-Azərbaycanfondunun rəhbəri

28. Rafiq İsmayılov – "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət Yardım Mərkəzinin direktoru

29. Mehriban Zeynalova – “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri

30. Kəmalə Ağazadə - “Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri

31. Vüqar QədirovAzərbaycan Qaçqın Məcburi Köçkün Gənclər Təşkilatının sədri

32. Mahirə Əmirhüseynova – “XXI Əsrin Qadınlarıİctimai Birliyinin sədri

33. Mehriban Abdullayeva – “Demokratik Cəmiyyət Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri

34. Xatirə Vəliyeva – “Xankəndiməcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri

35. Əbil Zeynalov – “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstəkİctimai Birliyinin sədri

 

Azərbaycan.- 2022.- 19 yanvar.- S.5.

`