Qırmızı terrorun qara üzü
1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin göstərişi ilə Bakıda dinc, silahsız insanlar atəşə tutuldu. Sovet qoşun hissələri hətta qadağan olunmuş silahlardan belə istifadə etməkdən çəkinmədi.
20 Yanvar faciəsini törədənlər Azərbaycanı blokadada saxlamağa, burada baş verən haqsızlıqları, günahsız insanların ərşə qalxan nalələrini dünyadan gizlətməyə cəhd göstərdilər. Ancaq buna nail ola bilmədilər. Sovet qoşun hissələrinin qəddarlığı, onlara bu göstərişi verənlərin amansızlığı beynəlxalq aləmdə qınanıldı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayət nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrində məlumatlara yer verildi. Məqalələrdə kütləvi qırğınların sovet qoşun hissələri tərəfindən ağır hərbi texnika və silahlarla, xüsusi qəddarlıqla törədildiyi və dinc əhalinin yaralandığı, qətlə yetirildiyi bəyan edildi.
Qanlı Yanvar hadisələri barədə Britaniya mətbuatında günlərlə məqalələr dərc olundu. “The Guardian” qəzeti 1990-cı ilin 22 yanvarında yazırdı: “Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərin tanınmaz hala salınması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir”.
“The Times” qəzeti isə həmin ilin 29 yanvarında qeyd edirdi: “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdi”.
ABŞ-da “Los Angeles
Times”, “The New York Times”, “Vaşinqton Post”,
“The Christian Science Monitor”, “The Baltimore Sun” və
digər media orqanları
qara Yanvar barədə məlumatlar verirdilər. “The Wall Street Journal” qanlı Yanvar faciəsinin
Azərbaycan xalqının
müstəqillik əzmini
qıra bilmədiyini vurğulayırdı.
“Los Angeles Times” qəzeti
1990-cı il 23 yanvar tarixli sayında bildirirdi: “Yanvarın 20-də və
21-də təşkil edilən
yürüşlər. 22-də
keçirilən kütləvi
dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə
vəziyyətə qarşı
açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən
dəfn mərasimi “Moskva” mehmanxanasının
yuxarı mərtəbələrində
yerləşdirilmiş xüsusi
nəzarətçilər və snayperlər tərəfindən diqqətlə
izlənilirdi. Bütün
sərt maneələrə
və təhlükəli
nəzarətə baxmayaraq,
qeyrətli insanlar şəhidlərin xatirəsinə
layiq dəfn mərasiminin keçirilməsinə
nail oldular”.
Həmin ilin 18 fevralında “The New York Times” qəzeti
yazırdı: “Bakının
işğalından sonra
öz torpağına
bütün varlığı
ilə bağlı olan hər bir
azərbaycanlının qəlbində
Moskvaya və Mixail Qorbaçova qarşı dəhşətli
bir nifrət hissi yaranmışdı. Vaxtilə rus imperiyasının müstəmləkəsi olan
Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa
edir. Öz azadlıq və
müstəqilliyi uğrunda
mübarizə aparır.
İndi adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinədək uşaqlı-böyüklü hamı
dərk edir ki, Moskva öz
hüquqlarının bərpası
uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar töküb”.
Dünyada aparıcı
media agentliklərindən biri
hesab olunan İspaniyanın “EFE” İnformasiya
Agentliyi 20 Yanvar faciəsi, Xocalı və 31 Mart soyqırımlarından
bəhs edən reportajlar hazırlayıb ispan, ingilis,
ərəb və portuqal dillərində yayımladı. Qeyd edək ki, agentliyin
120 ölkənin 180 şəhərində
ofisi var, materialları yalnız Latın Amerikasında
40-dan çox qəzetdə
dərc edilir, telekanallar vasitəsilə
yayımlanır.
Pakistanın nüfuzlu ingilisdilli “Centreline” jurnalı və DNA NEWS informasiya agentliyinin dərc etdiyi “20 Yanvar 1990 - azərbaycanlıların dəhşətli
günü” sərlövhəli
məqalədə XX əsrin
sonunda - Sovet İttifaqının süqutu
ərəfəsində ölkədə
cərəyan edən
hadisələrdən bəhs
olundu. Məqalədə
1990-cı il yanvarın 20-də törədilmiş
vəhşiliklər, sovet
ordusunun ağır texnika ilə Bakıya daxil olduğu, silahsız dinc insanların atəşə tutulduğu
vurğulandı.
Qara Yanvar barədə məqalə Misirin “Akhbar al-yaum” internet səhifəsində də
yer aldı. 1990-cı il yanvarın 20-də
sovet ordusunun müxtəlif istiqamətlərdən,
eləcə də dənizdən Bakıya etdiyi hücumlar, çox sayda dinc əhalinin qətlə yetirildiyi məqalədə əksini
tapdı.
“İnsanlığın
tankların altında
əzildiyi gün” - Türkiyənin məşhur
Timetürk saytında 20 Yanvar faciəsi ilə əlaqədar verilmiş məqalə belə adlandırıldı. Məqalədə
1990-ci ilin 20 yanvarında
Azərbaycanda sovet qoşun hissələri tərəfindən yüzlərlə
mülkü vətəndaşın
qətlə yetirildiyi
diqqətə çatdırıldı:
“Hər kəs xatırlayır o tarixi. Xatırlayın!
20 Yanvar 1990-cı il. O gün Bakını havadan, qurudan və dənizdən əhatə
edən sovet ordusu bir xalqı
“tərbiyə etmək
bəhanəsi ilə
rəsmən qətlə
yetirmişdi. Yüzlərlə insanı - qadın, qoca, uşaq demədən qırmızı
ordunun tankları ilə əzmişdilər”.
“1990-cı ilin 20
yanvarı: Azərbaycanda
qırmızı terrorun
qara üzü” sərlövhəli məqaləsində
Avstraliyanın “The Canberra Times”
qəzeti hadisələrə
dərindən yanaşırdı.
1980-ci illərin ikinci yarısında erməni millətçilərinin
keçmiş Sovet İttifaqında yaranan gərginlikdən yararlandığını,
Azərbaycanın Dağlıq
Qarabağ vilayətini
Ermənistana birləşdirmək
niyyətini reallaşdırmaq
üçün SSRİ-nin
rəhbəri Mixail Qorbaçovdan dəstək
aldıqlarını yazdı.
Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində
1980-ci illərin sonlarında
250 min azərbaycanlının ata-baba yurdlarından qovulduğu, 200-dən çoxunun
amansızlıqla qətlə
yetirildiyi vurğulandı.
Azərbaycanlılarının böyük əksəriyəti
buna etiraz olaraq Bakı və digər şəhərlərdə meydanlara
çıxdıqları, kommunist
rejiminə etimadsızlıq
göstərdikləri, Azərbaycana
müstəqillik verilməsi
şüarları ilə
çıxış etdikləri
qeyd olundu.
Sovet ordusu hissələrinin 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə
Bakıya daxil olduqları, silahsız insanları atəşə
tutduqları məqalədə
bildirildi: “Bu aksiya
SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına
və insan hüquqları haqqında
beynəlxalq paktın
müddəalarına ziddir.
Əməliyyatdan əvvəl Azərbaycan
televiziyasının enerji
blokunun partladılması
nəticəsində insanlar
informasiyadan məhrum olunmuş, ordunun atəş açmasından
və insanların qətlə yetirilməsindən
yeddi saat sonra fövqəladə vəziyyət elan edilmişdir. Bu əməliyyatın əsl
məqsədi müstəqillik
həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olmuşdur”.
Perunun nüfuzlu
kütləvi informasiya
vasitələrindən biri
- “El Peruano”, Kolumbiyanın
ən tanınmış
mətbu orqanlarından
olan “El Espectador” qəzetlərində
20 Yanvar faciəsini
əks etdirən məqalələr verildi.
Yeni Zelandiya, Birləşmiş Ərəb
Əmirlikləri, Rusiya
Federasiyası, Qırğızıstan,
Qazaxıstan, Rumıniya,
Bolqarıstan, Kanada, Latın Amerikası və digər ölkələrin
mətbu orqanlarında
da qanlı Yanvardan bəhs edən məqalələr
dərc edildi.
Qeyd etdiyimiz kimi, dünyanın əksər
ölkələrinin kütləvi
informasiya vasitələri
sovet qoşun hissələrinin insanlığa
xas olmayan bu qəddarlığını
kəskin tənqid etmiş və Azərbaycanın haqq işini dəstəklədiklərini
bildirmişdilər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.- 20 yanvar.- S.5.