DSX Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə
sərhəd diviziyasının yeni qərargah
binası istifadəyə verilib
DSX Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 18-də DSX Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib.
Mərasimdə DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar hadisə münasibətilə şəxsi heyəti təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, azad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıldığını, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd ediblər. Ötən il Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başladığı bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ötən il işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanıb. Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsini bu gün də şərəflə yerinə yetirdikləri qeyd olunub.
Yeni qərargah
binasının rəmzi açılışını bildirən
lentin kəsilməsindən sonra burada
yaradılmış şəraitə baxış keçirilib. Binada şəxsi
heyətin yüksək səviyyədə xidmət
aparması üçün lazımi
şəraitlə təmin edilmiş iş otaqları, konfrans
zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və
elektrik enerjisi, istilik sistemi ilə təchiz olunub. Ərazidə abadlıq işləri
görülüb, asfalt
örtüyü salınıb,
ağaclar əkilib.
İnzibati binanın qarşısında
Dövlət Sərhəd
Xidmətinin Vətən
müharibəsində həlak
olmuş hərbi qulluqçularının xatirəsinə
həsr olunan abidə ucaldılıb.
Mərasim iştirakçıları abidənin
önünə gül
dəstələri qoyublar.
DSX-nin sıralarında Vətən
müharibəsində iştirak
edərək şücaət
göstərmiş, hərbi
xidmətlərini layiqincə
başa vuraraq Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinin
ehtiyatına buraxılan
müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularının
Füzuli, Cəbrayıl,
Zəngilan və Qubadlı rayonlarının
azad olunmasında fərqləndiklərinə görə
Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı
İlham Əliyev tərəfindən təltif
edildikləri medallar onlara təqdim olunub.
Sonra tərxis edilən hərbi qulluqçuların
təntənəli yola
salınması təşkil
edilib, onlarla xatirə fotoşəkilləri
çəkdirilib. Şəxsi
heyət DSX-nin hərbi orkestrinin
ifasında “Cəngi” musiqisinin sədaları
altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə
yola salınıblar.
Azərbaycan.-
2022.-20 yanvar.- S.9.