Şəhidlərimizə dərin hörmət və ehtiramla
Qanlı 20 Yanvar
faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda
törətdiyi qanlı
qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də
- Ümumxalq Hüzn Günündə Şəhidlər
xiyabanını ziyarət
ediblər.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda
həlak olanların əziz xatirəsini ehtiramla yad etdilər.
Prezident İlham Əliyev “Əbədi məşəl”
abidəsi önünə
əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirildi.
Azərbaycan.- 2022.- 22 yanvar.- S. 1.