“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 51; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 5, maddə 861; 2018, ¹ 12 (I kitab), maddə 2611; 2019, ¹ 7, maddə 1245; 2020, ¹ 1, maddə 17, ¹ 5, maddə 565; 2021, ¹ 6 (I kitab), maddə 591; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli və 2021-ci il 4 noyabr tarixli 1475 nömrəli fərmanları) 2.11-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə olunsun:
“2.12. həmin Qanunun 50-2.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar
2022-ci il
Azərbaycan.- 2022.- 22 yanvar.- S.2.