Azərbaycanın xarici işlər naziri Vyanada 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib

 

Yanvarın 20-də Avstriyanın paytaxtı Vyana şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qatıldığı tədbirdə Avstriyanın dövlət hökumət rəsmiləri, Vyanada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin beynəlxalq təşkilatların təmsilçiləri, Avstriyanın işgüzar dairələrinin nümayəndələri bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli açaraq, 32 il öncə Sovet ordusunun Bakı, Sumqayıt ölkəmizin digər şəhərlərində törətdiyi qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib qeyd olunan hadisələrin tarixəQara Yanvarkimi daxil olduğunu bildirib.

Çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, baş verən faciənin xalqımızın iradəsini qıra bilmədiyini, onun müstəqillik arzusunu daha da alovlandırdığını 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməyə nail olduğunu bildirib.

Nazir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gedərək xalqımızla həmrəylini nümayiş etdirdiyini baş verən hadisələri kəskin şəkildə qınadığını diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın ayrı bir şəraitdə, öz ərazi bütövlüyünü təmin edərək 20 Yanvar faciəsində həyatını qurban vermiş şəhidlərimizin xatirəsini andığını vurğulayıb. O, 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərin 2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyini Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nazir xalqımızın Azərbaycanın müstəqilliyi, suverenliyi ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizi heç vaxt unutmayacağını qeyd edib, onların əziz xatirəsinin dərin hörmət ehtiramla anıldığını vurğulayıb.

Daha sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmi izləyiblər. Tədbirin keçirildiyiUraniakino salonunun foyesində 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

 

Azərbaycan.- 2022.- 22 yanvar.- S.2.