Hökumət idxalı deyil,
istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir
Yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir.
– Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;
– Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;
– Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;
– İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır;
– Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;
– Subsidiyaların
nəticəyə görə
verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma
sahəsində şəffaflığı
artırmaq və daha çox məhsul istehsalını
stimullaşdırmaq məqsədi
daşıyır.
Azərbaycan.- 2022.- 22 yanvar.- S.2.