Türkiyə Böyük Millət
Məclisinin sədri “Dubay Ekspo
2020” sərgisində Azərbaycan pavilyonunu
ziyarət edib
Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Mustafa Şentop, eləcə də bu ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Birləşmiş Ərəb Əmirliklərinə səfərləri çərçivəsində “Dubay Ekspo 2020” ümumdünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, milli pavilyonla tanış olan Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazaraq deyib: “Dubayda keçirilən “Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunun qonağı olmaqdan şərəf duyuram. Pavilyonun Can Azərbaycanın tanıdılmasına və ticarət əlaqələrinin qurulmasına töhfə verəcəyinə ümid edirəm”.
Türkiyə
Respublikasının kənd təsərrüfatı və
meşə naziri Bekir
Pakdemirli də milli pavilyonda sərgilənən eksponatlarla
tanış olub. “Qardaş Azərbaycanın öz
mədəniyyətini, tarixini və məhsullarını
ən yaxşı şəkildə sərgilədiyinin sevinclə
şahidi oldum. Ümid edirəm ki, pavilyon Azərbaycanın
tanıdılmasına, ticarət əlaqələrinin
qurulmasına və gücləndirilməsinə kömək olacaq”, - deyə nazir bildirib.
Azərbaycan.- 2022.-22 yanvar.- S.2.