Naxçıvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü yad edilib
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin
əziz xatirəsini yad etmək üçün Naxçıvan
şəhərindəki Şəhidlər
Xiyabanına gəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə
əklil qoyub, şəhidlərin xatirəsinə
ehtiramını bildirib.
Sonra Dövlət Himni səslənib.
Ali Məclisin
Sədri şəhidlərin
məzarlarını və
1918-1920-ci illərdə erməni
daşnakları ilə
mübarizədə Naxçıvanın
köməyinə gələn
qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin
xatirəsinə ucaldılmış
abidəni ziyarət edərək güllər
qoyub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin,
Nazirlər Kabinetinin, Naxçıvan Şəhər
İcra Hakimiyyətinin,
mərkəzi icra hakimiyyəti orqanlarının,
ali məktəblərin,
hərbi hissələrin
nümayəndələri, Türkiyə Respublikasının
və İran İslam Respublikasının
Naxçıvan Muxtar
Respublikasındakı Baş
konsulları, Türkiyə
Silahlı Qüvvələrinin
Azərbaycan Respublikasındakı
hərbi attaşe aparatının Naxçıvan
Muxtar Respublikasındakı
nümayəndəsi də
şəhidlərin əziz
xatirəsini ehtiramla yad ediblər.
1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə
sovet ordusunun hissələri və xüsusi təyinatlılar
tərəfindən Bakı
şəhərində dinc
əhaliyə divan tutulub,
yüzlərlə insan
qətlə yetirilib, yaralanıb, itkin düşüb. Faciə zamanı 147 Azərbaycan
vətəndaşı şəhid
olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz həbs edilib. Müstəqil, demokratik dövlət
qurmaq amalı ilə ayağa qalxmış Azərbaycan
xalqının inam və iradəsini qırmaq, azadlıq eşqini boğmaq məqsədi ilə törədilmiş 20 Yanvar
faciəsi qan yaddaşımızdır. Lakin həmin gün tökülmüş qanlar
Azərbaycan xalqının
müstəqillik uğrundakı
mübarizə əzmini
qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə
yüksələrək xalqımızın
yenilməzliyini, qəhrəmanlığını,
Vətənə, torpağa
sədaqətini bütün
dünyaya nümayiş
etdirdilər.
Ümummilli liderimiz Heydər Əliyev yanvarın 21-də
Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə
gələrək xalqımıza
qarşı törədilən
qanlı cinayətə
ilk dəfə etirazını
bildirib, bəyanatla çıxış edərək
faciəni törədənlərin
məsuliyyətə cəlb
olunmasını tələb
edib. Həmin dövrdə sovet
imperiyasının rəhbərliyi
tərəfindən ciddi
nəzarət altında
saxlanılmasına baxmayaraq,
Ulu Öndərimizin bu cəsarətli addımı, qətiyyətli
mövqeyi Azərbaycan
xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırıb.
Dahi şəxsiyyət
deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər,
vətənpərvər insanları
xalqımıza qarşı
göstərilən ədalətsizliyə
görə, Azərbaycan
torpaqlarına erməni
silahlı qüvvələrinin
təcavüzünün qarşısı
alınmadığına görə
və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını
bildirdilər. Onları boğmaq
üçün, əzmək
üçün Sovet
İttifaqının qoşunları,
sovet ordusunun hissələri ölkəmizə
basqın etdi. Ancaq qəhrəman övladlarımız
özünü qurban
verərək Azərbaycan
xalqının milli azadlığı üçün,
Azərbaycanın müstəqilliyi
üçün yol açdılar”.
20 Yanvar hadisələri təkcə
sovet qoşunlarının
Bakıda törətdiyi
qanlı cinayətlərlə
tamamlanmayıb. Həmin gün eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd
kəndlərinə də
erməni silahlılarının
işğalçı hücumları
olub. 1990-cı il yanvarın 18-də
Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin
7-ci ordusunun köməyi
ilə ermənilər
tərəfindən işğal
olunub. Muxtar respublikanın ərazi bütövlüyü və
vətəndaşlarının həyatı təhlükə
altında qaldığından,
beynəlxalq Qars müqaviləsinin şərtləri
kobud surətdə pozulduğundan Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il
yanvarın 19-da “Naxçıvan
MSSR-də yaranmış
ictimai-siyasi vəziyyət
haqqında” tarixi Qərar qəbul edib. Bu qərara
əsasən Naxçıvan
MSSR sovet imperiyasının
tərkibindən çıxıb.
1990-cı il yanvarın 20-də, Qanlı
Yanvar hadisələrinin
törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar
respublikanın digər
sərhəd kəndlərinə
erməni silahlı dəstələrinin hücumları
başlayıb. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri
idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə
naxçıvanlılar düşmənə
qarşı mərdliklə
dayanıb, qəhrəmancasına
mübarizə aparıb,
şəhidlər versə
də, Naxçıvanı
qoruyub saxlayıblar.
1990-1993-cü illərdə Ulu Öndərin rəhbərliyi
ilə Naxçıvan
Muxtar Respublikası müdafiə olundu, bu qədim diyarın
işğalının qarşısı
alındı. Həmin dövrdə Ümummilli
Liderimiz Naxçıvan
Muxtar Respublikasında
milli dövlətçiliyimizin
və müstəqilliyimizin
əsaslarını işləyib
hazırladı. Uğrunda şəhidlər
verdiyimiz üçrəngli
bayrağımız ilk dəfə
Naxçıvanda qaldırıldı,
milli birliyimizin və həmrəyliyimizin
əsası qoyuldu.
Ulu Öndərin rəhbərliyi
ilə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisində 20 Yanvar
faciəsinə ilk dəfə
siyasi qiymət verildi. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin
yanvar ayında Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə
“1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Rəyasət
Heyətinin bəyanatı”
qəbul olundu. Ulu Öndər ölkəmizdə yenidən
siyasi hakimiyyətə
qayıtdıqdan sonra
isə 20 Yanvar faciəsinə dövlət
səviyyəsində siyasi
qiymət verildi,
1994-cü ildə Milli
Məclis faciə ilə bağlı Qərar qəbul etdi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycanın müstəqilliyi uğrunda
canlarını qurban verənlərin xatirəsi
bu gün də yüksək tutulur. “1990-cı ilin 20 yanvarında
Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun
iradəsi sınmadı
və milli ruhu sarsılmadı.
Həmin qırğın
zamanı ümummilli mənafelərin müdafiəsi
naminə canlarından
keçmiş və şəhidlik zirvəsinə
ucalmış Vətən
övladları misilsiz
fədakarlıqları ilə
xalqımızın qəhrəmanlıq
salnaməsinə yeni parlaq səhifə yazdılar”, - deyən ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən
onların ailələrinin
sosial müdafiəsinin
gücləndirilməsini daim
diqqət mərkəzində
saxlayır, bu istiqamətdə mühüm
tədbirlər həyata
keçirilir. Azərbaycan
xalqının 2020-ci ilin
payızında Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən
işğal edilmiş
ərazilərinin azad
edilməsi uğrunda apardığı 44 günlük
Vətən müharibəsində
müzəffər ordumuzun
qazandığı Zəfər
şəhidlərimizin ruhuna
ehtiram olmaqla yanaşı, həm də xalqımızın
bir daha faicələrlə, soyqırımlarla
sınağa çəkilməcəyinə
təminat verir.
Həmin gün Naxçıvan Muxtar Respublikasının
rayon mərkəzlərində də 20 Yanvar faciəsinin 32-ci ildönümü
ilə bağlı tədbirlər keçirilib.
Azərbaycan.- 2022.- 22 yanvar.- S.4.