Azərbaycan alternativ
enerji sahəsində də önə çıxır
Xarici investorlar
bu sahədə də ölkəmizə xüsusi maraq göstərirlər
Hər bir dövlətin inkişafında dayanıqlı
və fasiləsiz enerji ilə təminat mühüm göstərici sayılır. Müstəqilliyimizin ilk illərində bu sahədə olan problemlər hamıya məlumdur.
Elektrik enerjisi fasilələrlə
verilirdi və belə vəziyyət bölgələrdə daha
çox müşahidə
olunurdu. Həyata keçirilən nəhəng infrastruktur layihələri sayəsində
isə bu gün Azərbaycan Cənubi Qafqazda yeganə enerji ixrac edən ölkəyə çevrilib.
Həmin layihələrin
sayı az
deyil. Təkcə ötən il
“Azərenerji” Açıq
Səhmdar Cəmiyyəti
tərəfindən 23 elektrik
stansiyası və yarımstansiya istismara verilmişdir. Bu hesaba
ölkəmizdə elektrik
enerjisi istehlakının
bir neçə dəfə artmasına baxmayaraq, bu gün enerjinin fasiləsiz verilişində
heç bir problem yoxdur.
Enerji ilə təminat göstəricisinə görə
öndə gedən ölkələr sırasında
olan Azərbaycanda enerjinin ötürülməsi
sahəsində də
çox işlər görülüb və bunun sayəsində enerji itkisinin qarşısı xeyli alınıb.
Məlumdur ki, dünyada ətraf mühitə zərər verməyən
bərpaolunan enerjidən
istifadəyə üstünlük
verilir. Bu sahədə
Avropa İttifaqı ölkələri daha fəaldır. Düzdür, Almaniya atom enerjisindən
tam imtina etmək çağırışı etsə də, Fransa bu təklifə
hələlik qoşulmaq
fikrində deyil.
Ancaq müəyyən fikir ayrılıqlarına baxmayaraq,
qoca qitədə bərpaolunan enerjidən istifadə geniş yayılıb. Hətta Avropadakı
siyasi partiyalar seçkilərdə səs
qazanmaq üçün
bu amildən geniş şəkildə
istifadə edirlər.
Bu da səbəbsiz deyil. Son iki əsrdə sənayenin sürətlə
inkişafı ətraf
mühitin çirklənməsinə
səbəb olub.
Atmosferin
həddindən çox
çirklənməsi isə
iqlim dəyişikliyinə,
kənd təsərrüfatı
məhsullarının yetişdirilməsinə,
həmçinin insanların
sağlamlığına ciddi
zərər vurur.
Çıxış yolu kimi alternativ enerjidən istifadə gözlənilir.
Bu üzdən dünyada bərpaolunan enerjidən geniş şəkildə istifadə
yolları aranır və elmi tədqiqatlar
aparılır. Lakin dünyanın
tam bərpaolunan enerjiyə
keçməsi barədə
dəqiq heç nə bəlli deyil. Bəlli olan odur ki, bu növ
enerjidən istifadə
sürətlə yayılır.
Hazırda dünyada istehsal
olunan enerjinin 15 faizi alternativ və bərpaolunan enerjinin payına düşür. Hətta BP kimi
nəhəng neft-qaz istehsalçısı olan
transmilli şirkət
də bu sahədə fəaliyyət
göstərməyə başlayıb.
Bu prosesdən
Azərbaycan da geri qalmır. Ölkəmiz zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə
görür. Azərbaycanda hələ 2011-ci ildən
“Qobustan” Hibrid Elektrik Stansiyası fəaliyyət göstərir.
Onu da vurğulayaq ki, ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün
geniş mənbələrə
malikdir. Bu bizə alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır. Cari il yanvarın
13-də Səudiyyə Ərəbistanı
Krallığının “ACWAP Power” şirkəti tərəfindən
240 MVt gücündə
“Xızı-Abşeron” Külək-Elektrik
Stansiyasının təməlinin
qoyulması da ölkəmizdə bərpaolunan
enerjiyə keçidlə
bağlıdır.
Bununla bağlı
keçirilən mərasimdə
çıxış edən
Prezident İlham Əliyev ölkəmizin alternativ və bərpaolunan enerjidən istifadəetmə konsepsiyası
barədə demişdir:
“Dünyanın, demək
olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi”
də təsdiq edilib və biz öz növbəmizdə
işğaldan azad edilmiş əraziləri
- 10 min kvadratkilometr ərazini
“yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə
su-elektrik stansiyası
inşa edilib, fəaliyyətdədir. Günəş və külək stansiyalarının yaradılması
ilə bağlı konkret planlarımız var”.
Qeyd etdiyimiz kimi, ölkəmizdə alternativ
enerji mənbələri
çoxdur. Dövlət başçısı bu il yanvarın
12-də yerli televiziya
kanallarına müsahibəsi
zamanı bildirmişdir
ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi
ilə bağlı xarici investorlar tərəfindən müraciət
olunub. Ümumilikdə isə, işğaldan
azad olunan Kəlbəcər və Laçın rayonlarında
10 min meqavata yaxın potensial mövcuddur.
Prezident İlham Əliyevin apardığı uğurlu
iqtisadi islahatlar və xarici siyasəti ölkəmizə
beynəlxalq aləmdə
böyük nüfuz qazandırır. Dövlət başçısı dəfələrlə bəyan
etmişdir ki, “sözümüz imzamız
qədər etibarlıdır”.
Ölkəmizdə olan münbit
investisiya mühiti, sərmayələrin qanunla
qorunması da xarici tərəfdaşların
ölkəmizə olan
marağını artıran
başlıca amillərdəndir.
Bunu ölkəmizdə alternativ
enerji stansiyalarının
tikintisinə xarici şirkətlərin maraq göstərmələri bir
daha sübut edir. Təməlqoyma
mərasimində çıxış
edən Səudiyyə
Ərəbistanı Krallığının
energetika naziri, şahzadə Əbdül
Əziz bin Salman Əl-Saud çıxışında
demişdir: “Azərbaycana
yatırılan 300 milyon
dollara yaxın sərmayə “ACWAP Power” şirkətinin
Səudiyyə Ərəbistanı
hüdudlarından kənarda
qoyduğu ən iri sərmayədir. Bildiyimiz kimi, bu enerji stansiyasının
gücü külək
hesabına əldə
olunan 240 meqavat olacaq ki, bunun
da sayəsində 300
min evi elektrik enerjisi ilə təmin edəcək. Eyni zamanda, 220 milyon kubmetr təbii qaza qənaət olunacaq atmosferə biz il
ərzində 400 min ton karbon
qazının atılmasını
azaldacağıq. Bununla biz Azərbaycanın
2030-cu ilə qədər
bərpaolunan enerji mənbələri sahəsində
30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə
əhəmiyyətli dərəcədə
töhfə vermiş
olacağıq”.
Rüstəm KAMAL
Azərbaycan.- 2022.- 23 yanvar.- S.1: 4.