Vaqif Türbəsi Qədim Şuşada
tariximizin rəmzidir
Qarabağ Azərbaycandır!
Görkəmli Azərbaycan şairi və siyasi xadimi Molla Pənah
Vaqifin türbəsi Azərbaycanın qədim
mədəniyyət mərkəzi
Şuşanın cənub-qərbində,
məşhur Cıdır
düzündə, şairin
həlak olduğu qayalı təpədə
ucaldılıb.
Sağlığında da yeri ucalarda
olub. Molla Pənah Vaqif
şair kimi könüllərdə taxt
qurub. Lirik, aşiqanə şeirləri
dillərə düşüb.
O həm də görkəmli siyasi xadim kimi yalnız
vəziri olduğu Qarabağ xanlığında
deyil, bütün Azərbaycanda, eləcə
də onun hüdudlarından kənarda
tanınıb. Dövrünün mürəkkəb, ziddiyyətli
ictimai-siyasi hadisələrinin
burulğanına düşən
ömrü faciələrlə
bitib. Molla Pənah Vaqif
oğlu Əliağa ilə birlikdə qətlə yetirilib.
Tarix onun nə şairlik
məharətini, nə
də siyasətdə
bacarığını unutmayıb.
Amma zaman Molla Pənah Vaqifə qarşı da amansız olub...
1967-ci ildə
Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyib. Yeri məlum olmayan
məzar onun göstərişi ilə
tapılıb. Ulu Öndər
bərbad halda olan, dağılmış
məzarı ziyarət
edib. Çıxışlarının birində gördüyü
bu məzarın Vaqifə layiq olmadığını söyləyib.
Heydər Əliyevin göstərişi
ilə Vaqifin məzarı üstündə
abidə və türbə tikintisi aparılıb.
Tikintiyə Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) həqiqi üzvü,
sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında
1977-ci ildə başlanılıb.
Türbənin inşası məsələsi
həll edilərkən
ətrafdakı dağ
mənzərəsi və
şəhərsalma xüsusiyyəti
nəzərə alınıb. Azərbaycanın qülləvari türbələrinin
kompozisiya quruluşundan
istifadə olunmasına
qərar verilib. Müəlliflər xalq memarlığının
yerli ənənələrinə,
monumental-dekorativ və
tətbiqi plastika vasitələrinə geniş
şəkildə müraciət
ediblər.
Yüksək peşəkarlıqla hazırlanmış,
qədim Şuşanın
memarlıq üslubuna
yenilik gətirmiş Vaqif türbəsinin tikintisi 1982-ci ildə başa çatdırılıb.
1982-ci il
yanvarın 14-də Heydər
Əliyevin iştirakı
ilə Molla Pənah Vaqif türbəsinin və Şuşada Poeziya Evinin təntənəli açılışı olub.
O qarlı gündə
keçirilən açılış
mərasiminə Şuşaya
tanınmış, istedadlı
sənət adamları
toplaşıb. Həmin gün
milli mədəniyyət
və sənət bayramına çevrilib.
Azərbaycanın ozamankı
rəhbəri Heydər
Əliyev hər il Vaqif
Poeziya Günlərinin
keçirilməsi barədə
göstəriş verib.
Beləliklə, həmin
tarixdən etibarən
hər il
Vaqif Poeziya Günləri təşkil
olunub. Tədbirin proqramına şeir
gecələri ilə
yanaşı, konsertlər
də daxil edilib. Ənənəyə
çevrilən bu poeziya günləri hər il
avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşıb.
Böyük təntənəyə çevrilən
bu günlər erməni işğalınadək
davam edib. Erməni
vandalları 1992-ci il mayın 8-də ələ keçirdikləri
Şuşada vəhşilik
törədib, milli-mənəvi,
dini və tarixi-memarlıq abidələrimizi
talayaraq məhv edib, tarixi tikililəri
uçurublar. Molla Pənah
Vaqifin türbəsini
də dağıdıblar.
Kompleksin
binasını və burada sərgilənən bütün eksponatları
məhv ediblər.
Otuz ilə yaxın erməni işğalında
qalan ərazilərimiz
2020-ci ildə 44 günlük
Vətən müharibəsində
qəhrəman Azərbaycan
Ordusu tərəfindən
azad olundu. Bu böyük zəfər azərbaycanlıların torpaq,
yurd həsrətinin sonunu gətirdi. Artıq işğaldan azad olunmuş həmin ərazilərimizdə tikinti-quruculuq
işləri həyata
keçirilir. Erməni qəsbkarlarının
işğalınadək keçirilmiş
ənənəvi tədbirlər
də bərpa olunub.
Müzəffər Azərbaycan
Ordusunun şanlı qələbəsindən sonra,
39 il əvvəl
məqbərənin açıldığı
gündə - yanvarın
14-də Şuşa şəhərinə
səfəri zamanı
Vaqif türbəsini ziyarət edən Prezident İlham Əliyevin tapşırığına
əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə
başlanılıb. Təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.
2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv
müayinədən keçirilərək,
tələb olunan hissələr üzrə
gücləndirmə tədbirləri
araşdırılıb və
bu çərçivədə
işçi layihələr
hazırlanıb. İşçi layihələr əsasında
xarici mütəxəssislər
tərəfindən təyin
edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər
görülüb. Eyni zamanda
abidənin dam örtüyü
yenidən qurulub.
Abidənin ilkin ölçülərinin
bərpası məqsədilə
memarlıq işçi
layihələri hazırlanıb.
Həmin
layihələr əsasında
isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə
üzlənib və abidənin tarixi görkəmi bərpa olunub.
Ötən il avqustun 29-da Şuşada görkəmli
Azərbaycan şairi və ictimai xadim Molla Pənah
Vaqifin muzey-məqbərə
kompleksinin təmir-bərpa
və yenidənqurma işlərindən sonra açılışı olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində
iştirak ediblər, görülən işlərlə
tanış olublar.
Bir gün sonra - 2021-ci il
avqustun 30-da Şuşada
Vaqif Poeziya Günlərinin açılışı
olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Vaqifin məqbərəsi işğal edilmiş torpaqlardakı bütün
digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalıb, bu gün isə
məqbərə tam bərpa
edilib və ikinci açılışı
olub.
Dövlət başçısı sovet
dönəmində Vaqif
türbəsinin tikintisinin
əhəmiyyətini diqqətə
çatdırıb. Prezident
İlham Əliyev deyib: “Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı
erməni şəhəri
kimi qələmə verməyə çalışırdılar.
Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi.
Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ
xanının vəziri
idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar
tarixin qara ləkəsi kimi qələmə verilirdi.
Bütün bunlara baxmayaraq,
Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində
bu məqbərə ucaldılmışdır və
bir daha Şuşanın Azərbaycan
şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.
Prezident İlham
Əliyev qeyd edib ki, Şuşa Azərbaycan
şəhəridir: “Şuşanın
təməlini, - hamımız
yaxşı bilirik, -
1752-ci ildə Pənahəli
xan qoymuşdur və gələn il biz Şuşanın
270-ci ildönümünü təntənəli şəkildə
qeyd edəcəyik. İşğala baxmayaraq,
Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya
gələn hər bir insan bunu
görür. Hətta
dağılmış vəziyyətdə,
hətta işğal dövründə vandalizmə
məruz qalmış
şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli
idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə
biləcək hansısa
güzəşt nəticəsində
yox, döyüş meydanında qan tökərək, şəhidlər
verərək, fədakarlıq
göstərərək gəldik
və öz ərazi bütövlüyümüzü
bərpa etdik və milli ləyaqətimizi
bərpa etdik”.
Vətən müharibəsindən
sonra ilk dəfə Şuşaya 2021-ci il yanvarın 14-də - Vaqifin
məqbərəsinin açılışının
keçirildiyi gündən
düz 39 il sonra gəldiyini deyən Prezident İlham Əliyev bildirib ki, bunun
da böyük rəmzi mənası var idi və
ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin
məqbərəsi bərpa
edilsin. Dövlət başçısı bildirib:
“Şuşanın tarixi
abidələrinin bərpasına
start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər
tərəfindən dağıdılmış
Vaqifin büstü bərpa edildi...”
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.- 23 yanvar.-
S.6.