Heydər Əliyev Fondu daha bir məktəb binası istifadəyə vermişdir

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər Goranboyda bir neçə məktəb binası inşa edilərək istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilən məktəb binalarının yenilənməsi bu gündavam etdirilir. Bu günlərdə fondun 1 nömrəli şəhər tam orta məktəbi üçün inşa etdirdiyi bina istifadəyə verilmişdir.

1937-ci ildə inşa edilən məktəbdə uzun illər heç bir təmir işi aparılmadığından qəzalı vəziyyətə düşmüşdü. Bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. 700 şagird yerlik olan üçmərtəbəli məktəb binasında demək olar ki, hər bir şərait yaradılmışdır. 40 sinif otağından ibarət olan binada əyani vasitələrlə təchiz olunmuş fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, eləcə də qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, həmçinin aktidman zalları yaradılmışdır. Məktəbin həyətində isə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 23 yanvar.- S.8.