Səməd Seyidov
AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri,
ölkəmizin Avropa Şurası Parlament Assambleyası yanında nümayəndə heyətinin
rəhbəri Səməd
Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib.
AZƏRTAC xəbər
verir ki, Monitorinq Komitəsinin vitse-prezidenti seçkiləri
qurumun yanvarın 24-də
Strasburqda hibrid formatda işə başlayan qış sessiyası çərçivəsində
keçirilib.
Azərbaycan.-
2022.- 25 yanvar.- S.2.