Ermənistanda xaosun yeni mərhələsi başladı

 

Prezident Armen Sarkisyanın istefası ölkədəki siyasi gərginliyi daha yüksək həddə çatdırıb

 

Ermənistanda ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə pisləşməsi müşahidə olunmaqdadır. Belə görünür ki, daxilixarici siyasətdə qeydə alınan uğursuzluqlar qarşıdakı günlər ərzində hakimiyyət üçün yeni problemlər yaradacaq.

Bunun fonunda Ermənistan prezidenti Armen Sarkisyanın vəzifəsindən istefa verməsi ölkədə siyasi gərginliyi daha yüksək həddə çatdırıb. Onun bəyanatında deyilir ki, daxilixarici siyasətin mühüm məsələlərinə təsir göstərmək üçün prezidentin əlində heç bir alət yoxdur. Sarkisyanın sözlərinə görə, Ermənistan forma etibarilə parlament respublikası olsa da, məzmunca belə deyil.

Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə ölkənin rəhbəri olan Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü. Ermənistan konstitusiyasının 142-ci maddəsinə əsasən, ölkənin prezidenti istefa verdikdə bu barədə ərizəni parlamentə təqdim edir. İstefa qanunla müəyyən edilmiş qaydaya əsasən dərc edildiyi andan qəbul olunur. Konstitusiyanın 144-cü maddəsinə görə, yeni prezident seçilənə qədər Ermənistanın dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri icra edir. Hazırda Ermənistan parlamentinin spikeri postunu Paşinyanın partiyasından olan Alen Simonyan tutur. Yeni konstitusiyaya görə, Ermənistan prezidenti postu boş qaldıqda növbədənkənar seçkilər keçirilir. Seçkilər istefanın rəsmi təsdiq olunmasından 25 gündən sonra 35 gündən gec olmayaraq keçirilməlidir.

Xatırladaq ki, Ermənistan prezidenti parlament tərəfindən 7 il müddətinə seçilir. Namizədlər deputatların ümumi sayının ən azı dörddəbiri tərəfindən irəli sürülür. Deputatların ümumi səslərinin azı dörddəüçünü toplayan namizəd Ermənistan prezidenti seçilir. Birinci turda prezident seçilmədikdə, bu turda iştirak etmiş bütün namizədlər ikinci tura keçir. İkinci turda deputatların ümumi səslərinin azı beşdəüçünü (65 deputat) toplayan namizəd prezident seçilir. Bu turda da prezident seçilmirsə, ən çox səs toplamış iki namizəd üçüncü turda yarışır bu raundda səslərin ən çoxunu qazanan şəxs ölkə prezidenti olur. Eyni şəxs bu vəzifəyə yalnız bir dəfə seçilmək hüququna malikdir. Ermənistanda dövlət başçısı başqa vəzifə tuta, sahibkarlıq fəaliyyəti, maaşlı işlə məşğul ola səlahiyyət müddəti ərzində heç bir partiyanın üzvü ola bilməz.

Göründüyü kimi, 2022-ci ildə Ermənistanda müsbətə doğru hər hansı bir  dəyişikliyin olmayacağını, mövcud ictimai-siyasi sosial-iqtisadi durumun isə bu ölkədə əhalinin yaşayış səviyyəsini daha böyük sürətlə aşağı salacağını göstərir. Hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, bütün regional layihələrdən kənarda qalan Ermənistan hazırda sosial partlayış ərəfəsindədir. İlk növbədə, ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü bir vaxtda inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Bu fonda Ermənistanda əhalinin sosial durumu dözülməz həddə çatıb. Maraqlıdır ki, müharibədə məğlubiyyətdən sonra xalqa verdiyi vədlərə sadiq qalmayan Nikol Paşinyanı bunların heç biri maraqlandırmır.

Bütün bunların fonunda fürsət düşən kimi Ermənistanı tərk etmək istəyənlərin sayı da hər ay artmaqdadır. Son rəsmi statistikaya görə, Ermənistanda 2,9 milyon insan qalıb. Real rəqəm isə bundan çox aşağıdır. Dünya Bankının məlumatına görə, hazırda keçmiş SSRİ-nin bütün respublikaları arasında Ermənistan işsizlik səviyyəsinə görə 20,21 faizlə birinci yerdədir.

Bu arada iqtisadiyyat naziri Vahan Kerobyan 2022-ci ildə Ermənistanın ikirəqəmli iqtisadi artıma sahib olacağını deyib. Ölkənin iri müəssisələri xarici şirkətlərin üzünmüddətli icarəsinə verilib burada da işlər qaydasında deyil. İstehsal olunmuş məhsulların satış bazarı olmadığına görə şirkətlər sürətlə müflisləşir, mütəxəssislər xarici ölkələrə köçmək məcburiyyətində qalırlar.

Yeri gəlmişkən, ölkədə işsizliyin səviyyəsi miqrasiyanın artması ilə paralel gedir. Ermənistanın hər dördüncü sakini ölkəni birdəfəlik tərk edir. İnsanlar milli rüsvayçılıq, müharibədəki məğlubiyyət səbəbindən pessimizmdən qurtula bilmirlər.  Bu düşüncə ilə iqtisadiyyatdan inkişaf gözləmək mümkün deyil. Maraqlısı ondan ibarətdir ki, miqrasiyaya baxmayaraq, ölkədə hələ hamı üçün kifayət qədər yeri yoxdur. Baş nazir Paşinyan isə 3 milyona yaxın əhalisi olan ölkəsində 1,5 milyon yeni yerinin açılacağını vəd edir. Eyni zamanda ölkəsinin 2050-ci ilə qədər nəinki Cənubi Qafqazın, o cümlədən postsovet məkanının ən inkişaf etmiş ölkəsi olacağı barədə yalanlar uydurur. Çünki ağır durumda olan Ermənistanı 2020-ci ilin iqtisadi durumuna çatdırmaq üçün ən azından 30 il vaxt lazımdır. Həm güclü iqtisadi investisiyalar yatırmaq, meqalayihələr həyata keçirmək lazım gəlir. Amma heç bir perspektivi olmayan bir ölkəyə milyardlarla dollar maliyyə yatırmağı kimsə qəbul edə bilməz.

Bu fonda “4rd.am” saytı yazır ki, Paşinyanın Ermənistanın 2050-ci ilə qədərkiİnkişaf strategiyasımövzusuna qayıtması erməni xalqının istəkləri üzərində standart spekulyasiyasıdır: “Ölkədə vəziyyət hər gün pisləşir, insanlar Ermənistandan sanki batan gəmidən siçovulun qaçdığı kimi qaçır, yerdə qalan kütlə isə kəskin narazılıq nümayiş etdirir. Hakimiyyətin mövqeyi getdikcə daha zəifləyir buna görə onu qorumaq üçün Paşinyan növbəti dəfə populizmə əl atır. Özü hər şeyi mükəmməl başa düşür, amma gücün dadını hiss edərək artıq onu vermək istəmir. Ermənistanın bütün rəhbərlərinin bəlası bu idi. Özləri sözlərinə, vədlərinə inanmırlar, amma insanları inandırmağa çalışırlar”.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.-25 yanvar.- S.4.