İlham Əliyev: "Sizin sözünüz,
qətiyyətli addımlarınız, dövlətçiliklə
bağlı gördüyünüz
işlər bizim üçün
çox əzizdir və nümunədir"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 25-də
İkinci Dünya müharibəsinin iştirakçısı,
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri
Fatma Səttarovanın
100 illiyi münasibətilə
ona Azərbaycan Respublikasının ictimai
həyatında uzunmüddətli
səmərəli fəaliyyətinə
görə “İstiqlal”
ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına minnətdarlığını bildirən Fatma Səttarova dedi: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız.
Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.
Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır.
Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm.
Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun.
Prezident İlham
Əliyev: Bu, Azərbaycan
dövlətinin ən
ali ordenlərindən
biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz.
Çünki siz öz həyatınızla istiqlal
ideallarımızı tərənnüm
etmisiniz və müstəqillik dövründə
sizin fəallığınız,
sizin sözünüz,
qətiyyətli addımlarınız,
dövlətçiliklə bağlı gördüyünüz
işlər bizim üçün çox əzizdir və nümunədir.
Fatma Səttarova: Çox sağ
olun, Sizə qurban olum.
Prezident İlham
Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə
görüşəndə biz Qarabağ haqqında danışırdıq.
Fatma Səttarova: Bəli, ancaq.
Prezident İlham
Əliyev: Qarabağ haqqında danışırdıq
və mən deyirdim ki, gün
gələcək biz torpaqları
azad edəcəyik, bax, gün gəldi.
Fatma Səttarova: Şükür, çox şükür.
***
Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal”
ordenini təqdim etdi və
ona möhkəm cansağlığı
arzuladı.
Azərbaycan.- 2022.-26 yanvar.- S.1-2.