“Sellülyar səyyar rabitə
sistemlərinin inkişaf etdirilməsində
və onlardan istifadə olunmasında əməkdaşlıq
haqqında 1997-ci il 17 yanvar
tarixli Sazişə dəyişikliklər
edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2021-ci il
Azərbaycan.- 2022.- 26 yanvar.-
S.2.