FHN-də
mülki müdafiə planının hazırlanması üzrə
Komissiyanın birinci iclası olub
Yanvarın 25-də Fövqəladə
Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan
Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə
yaradılmış Azərbaycan Respublikasının mülki
müdafiə planının hazırlanması üzrə
Komissiyanın birinci iclası keçirilib.
FHN-in mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Komissiya sədrinin müavini,
fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin
Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki
müdafiə planının hazırlanması üzrə
Komissiyanın qarşısında duran vəzifələrdən
danışılıb. İclasda, həmçinin planın
hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin
təklifləri səsləndirilib, mövzu ətrafında
geniş fikir mübadiləsi aparılıb və
görüləcək tədbirlərin konkret istiqamətləri
müəyyən olunub.
Azərbaycan. - 2022.- 26 yanvar.- S.4.