Milli Məclisdə sosial məsələlərlə
bağlı dinləmələr keçiriləcək
Yanvarın 26-da Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz
sessiyasında ilk iclası keçirilib. İclası
açan komitənin sədri Musa Quliyev deputatlara
qarşıdan gələn sessiyada uğurlar arzulayaraq
iclasın gündəliyi barədə məlumat verib.
Komitə sədri gündəliyin
birinci məsələsi olan 2021-ci ilin payız sessiyası ərzində
Əmək və sosial siyasət komitəsində
görülən işlərin hesabatının təqdimatında
bildirib ki, komitənin hesabat dövründə keçirilən
15 iclasında 21 qanun layihəsinə baxılıb. Qanun layihələrinin
hamısı Milli Məclisin plenar iclasına tövsiyə
edilib və parlament tərəfindən qəbul olunub.
Hesabat dövründə komitəyə
970 sənəd, o cümlədən vətəndaşlardan
822 ərizə, nazirliklərdən və idarələrdən
148 cavab məktubu daxil olub. Vətəndaşların
müraciətləri araşdırılıb və
müvafiq tədbirlər görülüb. Bundan başqa,
komitə sədri və üzvləri sessiya dövründə
karantin qaydalarına uyğun olaraq vətəndaşlarla qəbul
keçiriblər, seçicilərlə
görüşüblər.
Sonra gündəliyin ikinci məsələsi
olan Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin
yaz sessiyası dövrünə dair iş planı haqqında
məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, “Məşğulluq
haqqında” qanuna əlavə və dəyişiklik edilməsi
iş planına salınıb. Həmçinin “Əmək
pensiyaları sahəsində aparılan islahatlar: nəticələr,
çətinliklər və perspektivlər” mövzusunda və
“Tütün istifadəsinin məhdudlaşdırılması
haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin
keçirilməsi nəzərdə tutulub.
Əmək və sosial siyasət
komitəsi sədrinin müavini Məlahət
İbrahimqızı, komitə üzvləri Jalə
Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, İlham Məmmədov,
Arzu Nağıyev, Aqil Məmmədov və Əziz Ələkbərov
çıxış edərək müzakirə edilən sənədlərlə
bağlı fikirlərini bildiriblər. Deputatlar ötən sessiyada
komitənin məhsuldar işlədiyini, komitə üzvlərinin
qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərin,
xüsusən də şəhid ailələri və qazilərin
qayğıları ilə yaxından
maraqlandıqlarını qeyd ediblər.
Qarşıdakı sessiyada iş
planı ilə bağlı fikirlərini bildirən komitə
üzvləri dinləmələrin problemlərin ortaya
çıxarılması və həlli yollarının
axtarılmasında əhəmiyyətini vurğulayıblar,
pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək
münasibətlərinin rəsmiləşdirilməsi, şəxs
vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik
və əlilliyin təyinatı məsələləri ilə
bağlı rəylərini səsləndiriblər.
Müzakirələrə yekun vuran
komitə sədri sosial siyasətin ən həssas və
çətin sahələrdən biri olmasından bəhs
edib, bu istiqamətdə Azərbaycanda böyük işlər
görüldüyünü vurğulayıb. Bu məsələlərə
doğru yanaşmağın vacibliyinə diqqət çəkən
Musa Quliyev dövlətin sosial siyasətinə deputatların
verə biləcəyi dəstəyə toxunub.
Sonda komitənin 2021-ci ilin payız
sessiyası dövründə gördüyü işlər
barədə hesabatı məqbul hesab edilib və 2022-ci ilin
yaz sessiyası üçün iş planı təsdiqlənib.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-
2022.-27 yanvar.- S.2.