Regionda kommunikasiyaların açılması üzrə
yaradılmış üçtərəfli işçi
qrupu özünü doğruldub
Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupu özünü doğruldub.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da keçirdiyi mətbuat konfransında deyib.
“Üçtərəfli işçi qrupunun formatı çox səmərəli oldu, ortaq dil tapıldı. Danışıqlar yaxşı, peşəkar şəkildə gedir. Biz Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı səsləndirdiyi mövqeləri yüksək qiymətləndiririk, bu da bütün tərəflər üçün faydalı olacaq”, - deyə səfir vurğulayıb.
O qeyd edib ki,
ötən il noyabrın 26-da Soçi şəhərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan
arasında baş tutan
üçtərəfli görüş bu qrupun işinə əlavə
təkan verdi. Səfir bildirib ki, üçtərəfli
işçi qrupunun məqsədi
birgə infrastruktur təşəbbüslərinin
parametrlərinin müəyyənləşdirilməsini ən
qısa zamanda başa
çatdırmaq, Cənubi Qafqazda nəqliyyat
və logistika layihələrinin
icrasına başlamaqdır.
Azərbaycan.-
2022.-27 yanvar.- S.2.