Yollar Ağdama aparır
Ağdamdayıq...
Qarabağın bəyaz damlı, yenidən ağ günlərinə qanad açan qədim və əzəmətli şəhərində...
Tanış, doğma küçələrlə pərvanələr kimi illərin həsrətlisi olduğumuz Ağdamın başına dolanırıq...
Körpə uşaqlar kimi sevinir, hər daşa, ağaca əlimizi sürtür, tanış bir iz, məhrəm bir nişanə axtarırıq... Xoşbəxtlik gülüşü qonur üzümüzə, elə gülə-gülə gözlərimizdən yaş süzülür. Bu sevinc damlaları Ağdamın cadarlanmış torpağına sığal çəkir, qurumuş otlarını sulayır, kəsilmiş ağaclarının gövdəsinə məlhəm olur...
Yer sevinir, göy şadlanır...
Yolumuzu
İmarətdən salırıq, Şahbulağa
çıxırıq... Bir daha, bir daha gözüdolusu
Ağdama baxırıq...
Ətirli havasını
ciyərlərimizə çəkirik,
dəli bir kükrəyiş qopur sinəmizdən...
Səsimiz, avazımız
gəldikcə hayqırırıq:
- Ağdam, doğma Ağdam, biz gəlmişik!
Bakı-Ağdam marşrutu
Bəli, Azərbaycan xalqı illərdir həsrətində
olduğu möcüzə
anlarını yaşayır. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
qəhrəman Azərbaycan
Ordusu qarış-qarış Vətən torpaqlarımızı azad
edərək milyonlarla
məcburi köçkünə
doğma yurda qayıdış xoşbəxtliyi,
bütün xalqımıza
zəfər sevinci və qüruru ərməğan edib. İndi biz o doğma yurdlara sərbəst şəkildə
səfərlər edir,
həsrətini çəkdiyimiz
Vətənin görüşünə
yollanırıq.
Yanvarın 24-dən Bakı-Şuşa-Bakı avtobus
reysi ilə yanaşı, Bakı-Ağdam-Bakı
müntəzəm avtobus
marşrutu da istifadəyə verilib. Prezident İlham
Əliyevin tapşırığına
əsasən, hər bir azərbaycanlı bundan sonra müntəzəm
həyata keçiriləcək
avtobus reysləri vasitəsilə doğma Ağdam şəhərinə
səfər edəcək.
Sözügedən avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Marşrut xətlərinə
bilet satışı
onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə
həyata keçirilir.
Sözügedən tarixdə
saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu Ağdama yetişib və sərnişinlər
böyük sevinc və həyəcan hissi ilə doğma yurdumuza qədəm basıblar...
Qarşılanma mərasimindən
sonra sərnişinlər
Ağdam Cümə məscidində dua edib, İmarət kompleksi və Şahbulaq qalası ilə tanış
olub, Dram Teatrının
qalıqlarına baxıb,
Şəhidlər xiyabanını
ziyarət ediblər. Sərnişinlər torpaqlarımızın azadlığı uğrunda
şəhidlik zirvəsinə
ucalan qəhrəman Vətən övladlarının
ruhuna dualar oxuyublar.
Sərnişinlər sevinc
və həyəcan hissi ilə doğma yurda qədəm qoyublar
Səfər təəssüratlarını
bölüşən sərnişinlərin
hər biri fəxrlə söyləyib
ki, erməni barbarlarının yer üzündən silmək
istədiyi, işğaldan
azad ediləndən sonra görənlərin dəhşətlə “Qafqazın
Xirosiması” adlandırdıqları Ağdamda Azərbaycan dövlətinin qısa müddətdə həyata
keçirdiyi genişmiqyaslı
tikinti, abadlıq-quruculuq
işləri heyrət
doğurur, qürur hissi yaradır.
Xatırladaq ki, ötən ilin mayında Qarabağın təməl daşı Prezident İlham Əliyev tərəfindən
məhz Ağdamda qoyulub və dövlət başçısının
özünün də
dediyi kimi, bunun rəmzi mənası var. Elə həmin gün Ağdamın baş planının da təqdimatı olub. Bütövlükdə 100 min nəfər üçün nəzərdə
tutulan Ağdam şəhərinin ərazisi
işğaldan əvvəlki
ərazi ilə müqayisədə iki dəfədən çox
artırılır. Artıq şəhərdə
yaşayış binasının,
1 nömrəli məktəbin,
Qələbə və
İşğal muzeylərinin
əsası qoyulub.
Ən əlamətdar məqamlardan
biri isə Ağdamın baş planında “Qarabağ” Universitetinin yaradılmasının
da nəzərdə tutulmasıdır ki, bu da Ağdamın
həm də elm-təhsil, innovasiya mərkəzi olacağından
xəbər verir.
Düzdür, hələ də Ağdamda erməni barbarlarının törətdikləri
vəhşi əməllərin,
talanların, dağıntıların
izlərini əks etdirən ərazilər, tikililər mövcuddur və ora səfər
edən hər bir kəsdə vandal düşmənə qarşı
qəzəb hissi oyadır.
Amma artıq mənfur düşmənin
murdar ayağı dədə-baba torpaqlarımızdan
bilmərrə silinib atılıb və indi
bu yerlərdə həyat yenidən dirçəldilir, azad olunan digər ərazilərimizdə
olduğu kimi, Ağdamın da yeni növrağı başlayır.
Gerçəyə çevrilən
dualar
Ağdamdayıq...
Qarabağın bəyaz
damlı qədim sarayında...
Bir qərinə əvvəldə olduğu
kimi, yenə də Cümə məscidində səf-səf
düzülmüşük, ürəyimizdən keçən
dualarla üz tutmuşuq Tanrı dərgahına:
- “Şükürlər
olsun sənə, İlahi, bizə bu doğma torpaqlara,
əziz Ağdama yenidən qədəm basmağı nəsib etdiyin üçün...”
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 27 yanvar.- S.1; 3.