Gizli Omikronpeyda olub və sürətlə yayılmağa başlayıb

 

“SARS-CoV-2”nin ən sonuncu növü olanOmikronun sürətlə yayılması səbəbindən dünya üzrə koronavirusa həftəlik yoluxma sayında rekord göstəricinin təzələnməsi pandemiyanın gedişatının yenidən gərginləşdiyini göstərir.

Ötən həftə ərzində yoluxmanın artması nəticəsində dünyada indiyədək koronavirusa yoluxanların sayı 352,7 milyon nəfərə, virusdan ölüm hallarının sayı isə 5,6 milyona çatıb.

Ötən həftə ərzində aşkar edilmiş yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 5, ölüm halları isə 1 faiz artıb. Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb. Növbəti yerlərdə Hindistan, Braziliya, FransaBöyük Britaniya qərarlaşıb. Ən çox ölüm hadisəsi də ABŞ-da, daha sonra Braziliya, Hindistan, RusiyaMeksikada qeydə alınıb.

Ümimilikdə isə dünyada yoluxanların sayında ən çox artım Şərqi Aralıq dənizində (39 faiz), Cənub-Şərqi Asiyada (36 faiz) və Avropada (13 faiz) müşahidə edilib. Avropada bir həftə ərzində yoluxanların sayı 10 milyon nəfəri ötüb ki, bu da dünyadakı bütün yeni yoluxma hallarının 47 faizini təşkil edir. Koronavirusdan ölüm halları Cənub-Şərqi Asiyada (44 faiz) və Şərqi Aralıq dənizində (15 faiz) daha da artıb.

Azərbaycanda da yeni ştama yoluxanların sayında çoxalma mıüşahidə edilir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əhaliyə müraciətində bir daha nəzərə çatdırıb ki, koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir. Lakin test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir.  Rəsmi qurumlar buna baxmayaraq, vətəndaşlara yeni ştamdan qorunmaq üçün ikinci dozadanyaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (“buster”) doza ilə peyvənd olunmağı tövsiyə edirlər.

 

Koronavirusun yeni ştamının 3 yeni qolu yaranıb

 

DünyaOmikronla mübarizəsini bitirməmiş onun yeni əlavə şaxəsi də yayılmağa başlayıb. “Omikronun yeni qolu sayılan BA.2 artıq dünyanın 40 ölkəsində qeydə alınıb. Klassik Cənubi AfrikaOmikronundan fərqli olan BA.2 ilk dəfə dekabrda aşkarlanıb. “Gizli Omikronadlanan bu növ daha çox mutasiyaya uğrayıb.

Mütəxəssislərin sözlərinə görə, “Omikronsanki bölünüb, ikiləşib. Alimlər “Omikronun ikiləşməsinin vəziyyəti çətinləşdirdiyini bildirirlər. “Gizli Omikronu yalnız genom ardıcıllığına görə aşkar etmək mümkündür.

İsrailli alim Şay Fleyşon hesab edir ki, BA.2 daha sürətlə yayılır. Lakin immunitetin virusun bu növünə qarşı necə reaksiya göstərməsi hələ məlum deyil. “Omikron” şaxələndikcə onun yeni qolları fevral ayında daha pik yoluxmaya səbəb olacaq. Aprelə doğru isə yoluxma nisbətən səngiyəcək. Alim hər şeyin insanların kütləvi immunitetinin hansı səviyyədə formalaşmasından asılı olacağını söyləyib.

Omikronun BA.2 qolundan başqa, üçüncü qolunun da ortaya çıxdığı deyilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq “Omikronun üç əsas altnövünün (BA.1, BA.2 və BA.3) olduğunu təsdiqləyib. İlkin təhlillərə əsasən, xəstəxanaya yerləşdirilmə baxımından  BA.2 ilə BA.1 arasında heç bir fərq müşahidə olunmayıb.

Hindistanın Banaras Hindu Universitetinin Tibb Elmləri İnstitutunun professoru Sunit Sinqh açıqlayıb ki, “Omikronda çoxlu mutasiyalar səbəbindən monoklonal anticisimlərin əksəriyyəti təsirli deyil: “Artıq göründüyü kimi, daha çox infeksiya ola bilər, amma virusun daha şiddətli olma ehtimalı yoxdur. Bundan sonrakı proseslərin mənzərəsi indiki kimi ola bilər. Lakin insanlar peyvənd olunmalı və ehtiyat tədbirləri görməlidirlər”.

 

Bəzi ölkələrdə BA.2  növü dominanta çevrilir

 

Bəzi mütəxəssislər belə fikir yürüdürlər ki, “Gizli Omikronyeni kəşf edilməyib. O, ümumilikdə “Omikron” variantı qədər köhnədir. Altnöv ilk dəfə Cənubi Afrikada noyabrın sonunda aşkarlanıb. BA.2-nin indi gündəmə gəlməsinə səbəb Avropa ölkələrində onun törətdiyi fəsadların sayının artmasıdır.

Artıq “Omikronun BA.2 altvariantı tədricən onun klassik variantını, yəni BA.1-i əvəz edir. “Omikronun BA.1, BA.2 və BA.3 üç variantı olsa da, BA.2, başqa sözlə “Gizli Omikronson vaxtlar bir çox AvropaAsiya ölkələrində dominant ştama çevrilir. Böyük BritaniyaDanimarkada aşkar edilmiş hallar göstərir ki, yoluxma sayına görə “Omikronun BA.2 variantı BA.1-i keçə bilər.

Danimarkanın rəsmi qurumlarının ötən həftəki açıqlamalarına görə, BA.2 hazırda ölkədəki xəstəlik hallarının demək olar ki, yarısını təşkil edir və sürətlə dominant BA.1-i əvəz edir. Dekabrın sonunda ölkədəki yoluxmaların 20 faizini təşkil edən BA.2 yanvarın ortalarında yoluxmaların 45 faizini təşkil edib. Həmin dövrdə ölkədə yoluxmaların sayı da yüksək həddə çatıb. Danimarka səlahiyyətliləri həmçinin BA.2-nin İngiltərə, Norveç və İsveçdə sürətlə yayıldığını açıqlayıblar.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi ötən həftə verdiyi açıqlamasında bu günə qədər yalnız BA.2-dən 426 hadisənin qeydə alındığını bildirib. Bu, nisbətən kiçik rəqəm olsa da, səlahiyyətlilər altvariantı araşdırmaya cəlb etmək qərarına gəliblər. Artıq FransaHindistan alimləri virusun yeni BA.2 variantının sürətlə yayıldığını və əvvəlki “Omikronu geridə qoyduğunu söyləyirlər.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2022.-27 yanvar.- S.1; 6.