Adolf Hitlerin təsvirləri kilsələrdən
tapılır
Mübahisəli əsərlərdə nasizm
lideri müxtəlif obrazlarda
görüntülənir
Adolf Hitlerin təsvirləri kilsələrdə
aşkarlanıb. Əslində, bu o qədər
də nadir hal deyil. Hitlerin təsvirini kilsə
pəncərələrinin vitrajlarında və ya mehrabların qanadlarında tapmaq olar. Bəs bu necə oldu ki, ortaya
çıxdı?
Vayl-der-Ştadt şəhəri Almaniyanın
cənub-qərbində yerləşir. Burada Müqəddəs
Pyotr və Pavel katolik kilsəsi
yerləşir. Pastor
Anton Qruberin dediyinə
görə, ziyarətə
gələn çoxdur,
əksəriyyəti üçün
Hitlerə baxmaq maraqlıdır.
Hitler şərin təcəssümü
kimi təsvir edilib
Pəncərə məbədin sağ tərəfində yerləşir. Bu, İsanın həyatından
səhnələri əks
etdirən doqquz paneldən ibarət olan böyük vitrajın bir hissəsidir. Sağ üst küncdə nəfs səhnəsi: şeytan İsa peyğəmbərin imanını
sınağa çəkir.
Bu səhnədə rəssam JoKarl Huber açıq-aydın şəkildə
Adolf Hitlerin xüsusiyyətlərini
sarı paltar geyinmiş şeytanda təsvir edib. Bu kontekstdə sarı
rəng - həsəd
və mübtəlalıqdır.
Bununla yanaşı, rəssamın
konkret olaraq bu əsərə heç bir şərhi yoxdur - yalnız onun Hitleri öz dövrünün iblisi kimi təsvir etmək istədiyini təxmin etmək olar. Əsər 1939-cu ildə yaradılıb.
Onu yalnız rəsmin yaranma tarixçəsi, rəssamın tərcümeyi-halı
və o dövrün təfərrüatları məlum
olduğu halda şərh etmək olar. Pastorun sözlərinə görə, nasistlər JoKarl Huberin işləməsinə qadağa
qoyub, 1936-cı ildə
isə onlar onu “degenerativ incəsənət”ın yaradıcısı
kimi ifşa ediblər.
Mübahisəli əsərlər
və onların yaranma tarixi
Tarixçi və publisist Mixael Kuderna əmindir ki, bu kilsə pəncərəsi
millətçı sosializmə
və onun rəhbərliyinə qarşı
aydın və cəsarətli bəyanat nümayiş etdirir. Özünün
“Sərhədləriaşma: alman-fransız memarı, onun şah əsərləri
və kilsələrdə
Hitlerin təsvirləri”
adlı yeni kitabında Kuderna bir neçə kilsədə Hitlerin təsvirlərini nəzərdən
keçirib: “Tədqiqat
zamanı Hitlerin
1945-ci ilədək yaradılmış
beş və
1945-ci ildən sonra çəkilmiş doqquz şəklini tapdım. Erkən görünüşlərə gəldikdə, söhbətin
məhz Hitler haqqında
olduğunu sübut etmək çətindir, buna 100 faizlik əminlik yoxdur. Müharibədən sonra kilsələrdə
Hitlerin təsvirinin yerləşdirilməsi repressiya
riski olduğu əvvəlki illərlə
müqayisədə şərin
nümayəndəsi kimi
- məsələn, cəhənnəmdə
yanan cəllad və ya cani
kimi təsvir edilir. Zaman keçdikcə obrazlar dəyişirdi: rəssamlar
tez-tez Hitleri başqa kontekstlərə
yerləşdirirdilər, ona
daha sakit, sərbəst, bəzən
hətta yumorla
yanaşmağa başladılar”.
Kuderna öz tədqiqatlarına 20 il əvvəl Fransada kilsəni ziyarət edərkən başlayıb. Vayl-der-Ştadt şəhərinin kilsəsindəki pəncərədən
fərqli olaraq, fransız vitrajı 1945-ci
ildən sonra yaradılıb. “Qarşımızda
Əhdi-Ətiqdən olan
səhnədir: Rahil-Lavanın
qızı atasının
bütlərini oğurlayır.
Onlardan birini rəssam Qabriele Kütemeyer Hitlerə bənzədib.
Rəssamın atası nasizmin
qəti əleyhdarı
olub, bir müddət Berlində gestapo həbsxanasında saxlanılıb. Qabriele tez-tez
atasından eşidirdi
ki, almanlar lazımi bütləri təqib etmirlər.
Bu, rəssamda, şəkildəki
həmin əlaqəni
axtarmaq fikri oyadıb”, - deyə Mixael Kuderna düşüncələrə dalır.
Tədqiqatçı ümumilikdə müxtəlif
məbədlərdə Hitlerin
təsvir olunduğu
14 əsər tapıb.
Mürəkkəb keçmişin
işlənməsi
Kitabda tarixçi
Münhendə Hitlerin
cəllad şəklində
təsvir edildiyi bir hadisəni xatırladır: “Şəkildə
mürəkkəb izləri
var idi və
onu əlçatmaz yerə qoymuşdular. Başqa bir hadisə də olub. Bavariyanın Landshut şəhərində
Hitler, Gebbels və Gerinqin müqəddəs şəhid Kastula işgəncə verdiklərini
təsvir edən kilsə pannosu ətrafında müzakirələr
uzun illər davam edib. Müharibədən sonra amerikalılar əvvəlcə şəkli
çıxarmağı tələb
ediblər. Ancaq rəssamın
müqavimət döyüşçüsü
olduğunu bildikdən
sonra fikirlərindən
daşınıblar”.
Kudera əmindir ki, bu obrazların yox olmasına imkan vermək olmaz, onlardan keçmişlə işləmək
üçün istifadə
etmək lazımdır.
Pastor Anton Qruber də belə polemik əsərlərin açıq müzakirəsini
istəyir: “Nasizm dövründə çəkilmiş
fotoşəkillər tarixin
sübutudur. Belə olan halda niyə mən kilsədə Adolf Hitleri görməli deyiləm?”
Yeri gəlmişkən, Anton Qruberin
xidmət etdiyi Vayl-der-Ştadt kilsəsində
Hitlerin tamamilə təzə bir görüntüsü var
- bu, 2018-ci ilə aiddir. Şəkildə təsvir
olunmuş təlxəklər
dəstəsində Hitler və bir çox
digər tanınmış
şəxslər göstərilir.
Rəssam Diter Qross öz fikrini
bu cür ifadə edib: “Hitleri bir çoxları
arasında sadə bir axmaq kimi
təsvir edə bilərəmmi?”
Mixael Kuderna üçün bu Hitler indiyədək gördükləri arasında
ən qəribəsidir. Tədqiqatçının
dediyinə görə,
onun fikrincə, Hitlerin təlxək kimi təsviri onun tarixdə oynadığı rola uyğun gəlmir. Öz növbəsində, pastor Qruber
gördüklərinə şərh
vermək və mübahisə etmək hüququnu ziyarətçilərin
öhdəsinə buraxır.
Rizvan HİLALOĞLU
Azərbaycan.-
2022.- 27 yanvar.- S.8.