Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647,
654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7,
maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017,
¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr
331, 344, ¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr
1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214, 2217, 2220,
2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5,
maddələr 857, 860, 862, 876, 883, ¹ 6, maddələr 1153, 1188,
¹ 7 (I kitab), maddələr 1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹
11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr
2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr 4, 6, 15, 18,
23, 44, ¹ 3, maddələr 374, 389, ¹ 4, maddələr 579, 581,
587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr
992, 998, 1007, ¹ 7, maddə 1193, ¹ 8, maddələr 1364, 1367, 1368,
1381, 1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹ 12, maddələr
1883, 1900; 2020, ¹ 3, maddə 222, ¹ 5, maddələr 505, 515, 519, ¹
6, maddələr 670, 672, 681, ¹ 7, maddələr 838, 841, 846,
854, ¹ 8, maddələr 1008, 1011, ¹ 9, maddə 1138, ¹ 11, maddələr 1332, 1333, 1336, ¹
12 (I kitab), maddələr 1432, 1440; 2021, ¹ 4, maddə 306, ¹ 5,
maddə 428, ¹ 6 (I kitab), maddələr 535, 541, 546, 560, ¹ 7, maddələr
701, 705, 711, ¹ 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci
il 5 noyabr tarixli 397-VIQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər edilsin:
1.116.1-ci maddəyə “bu Məcəllənin”
sözlərindən sonra “192.6, 192.10, 192.11, 201, 203,” rəqəmləri
əlavə edilsin və həmin maddədə “539 - 544” rəqəmləri
“539, 540.3 - 540.5, 541 - 544” rəqəmləri ilə əvəz
edilsin.
2. 122.2-ci, 124.5-ci, 124.6-cı və
127-1.1-ci maddələrdə “tərtib edilir” sözləri
“çıxarılır” sözü ilə əvəz
edilsin.
3. 123.2-ci maddədə “tərtib
edir” sözləri “çıxarır” sözü ilə əvəz
edilsin.
4. 125.5-ci maddədə “tərtib
edilməsi” sözləri “çıxarılması”
sözü ilə əvəz edilsin.
5. 127-4-cü maddə üzrə:
5.1. 127-4.2.4-cü maddədə “məlumatlar
(hüquqi şəxsin adı, VÖEN-i və hüquqi
ünvanı)” sözləri “(hüquqi şəxsin adı,
VÖEN-i və hüquqi ünvanı) və vəzifəli
şəxs haqqında (adı, soyadı, atasının
adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və
yaşadığı ünvan) məlumatlar” sözləri ilə
əvəz edilsin;
5.2.127-4.3.1-ci maddədə “tərtib
edildiyi” sözləri “çıxarıldığı”
sözü ilə əvəz edilsin;
5.3.127-4.3.2-ci maddədə “tərtib
etmək” sözləri “çıxarmaq” sözü ilə əvəz
edilsin;
5.4.127-4.3.7-ci maddədə “127-4.6-cı”
sözləri “127-6.1-ci” sözləri ilə əvəz
edilsin.
6.127-5.4-cü maddədə “və
ya inzibati tənbeh vermə haqqında elektron qərar tərtib
edilmiş” sözləri “tərtib edilmiş və ya inzibati tənbeh
vermə haqqında elektron qərar
çıxarılmış” sözləri ilə əvəz
edilsin.
7.127-6.1-ci maddəyə “fiziki
şəxs” sözlərindən sonra “və ya vəzifəli
şəxs” sözləri əlavə edilsin.
8.192.4-cü maddəyə “məzuniyyət
haqlarının” sözlərindən sonra “, ezamiyyə xərclərinin,
əmək qanunvericiliyində nəzərdə tutulmuş
müavinət və digər ödənişlərin”
sözləri əlavə edilsin.
9. 398-ci maddənin “Qeyd” hissəsinin
1-ci bəndində “411-413” rəqəmləri “411, 411-1, 412,
413” rəqəmləri ilə əvəz edilsin.
10.539-cu maddə üzrə:
10.1. adına “orqanının” sözündən sonra “qərarlarının və” sözləri əlavə edilsin;
10.2. aşağıdakı məzmunda 539.1-1-ci maddə əlavə edilsin:
“539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə -
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”;
10.3. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 dekabr 2021-ci il
Azərbaycan.- 2022.- 28 yanvar.-
S.2.