Zəngəzur dəhlizi - Azərbaycan Avropa ilə Asiyanı birləşdirir

 

 

İlham Əliyevin qətiyyətli iradəsi ilə reallaşmaqda olanbutarixilayihə bölgədə sülhün, stratejivə iqtisadiəməkdaşlığıninkişafınıntəminatçısı olacaq

 

 

 

İstənilən xalqonun yaratdığı dövlət siyasi, iqtisadi və digər cəhətlərdən nə qədər möhkəm, qüdrətli olarsa, onun həyata keçirdiyi siyasətin müstəqillik elementləri də o dərəcədə güclü olar.

Bu gün Azərbaycan müharibədən sonra yaranmış yeni reallıqlara uyğun addım atmaqla dünyaya gücünü, qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirir.  

 

 

 

Azərbaycan bütün öhdəliklərə sadiqdir

 

 

 

Bu gün Qarabağda böyük tikinti bumu yaşanır. Ən prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması isitqamətində görülən işlərdir.

Əvvəlcə onu vurğulayaq ki, Azərbaycan bu dəhliz üzərindəki hava xəttindən demək olar ki, çoxdan istifadə edir. İndi əsas məsələ quru yolların - dəmir yolu xətti və avtomobil yolunun istifadəyə verilməsidir. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə xüsusi olaraq toxunmuşdu. Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan adıçəkilən hava məkanından istifadə üçün Ermənistandan icazə almayıb: “Hava məkanından istifadə etmək məsələsinə gəldikdə onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi”.

 

Prezidentin söylədiyi kimi, indi səylər dəhlizin quru yollarının açılışına istiqamətlənib. Ötən il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi. İki il öncə hərbi əməliyyatların dayandırılmasının elan edilməsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin, Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

 

 

 

Horadiz-Zəngilan-Ağbənd dəmir yolu - işlərin 70 faizi tamamlanıb

 

 

 

Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti yeni dəhlizin bir hissəsidir. Dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb. İşğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 kilometrlik məsafədə relslər qoyulubyolun sazlanması işlərinə başlanılıb.

 

Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

 

Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

 

Birinci mərhələ üzrə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, 40 suötürücü boru, 9 körpü, 2 heyvan keçidi, 52 ehtiyat keçidi tam tikilib. Yolun 23 km-lik hissəsində üst quruluşu elementləri quraşdırılıb. Bununla da Füzulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarların hərəkəti üçün zəruri şərait yaradılıb.

 

Layihələndirmə və tikinti işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Hazırda 60 km-dən çox ərazi minalardan təmizlənib. 50 km-lik hissədə layihələndirmə işləri yekunlaşıb. Keçən ilin dekabr ayından ikinci mərhələ üzrə torpaq işlərinə başlanılıb. Hazırda Mahmudlu stansiyasından Qumlaq stansiyasına qədər olan 30 km-lik ərazidə yolun torpaq yatağının hazırlanması üzrə intensiv işlər aparılmaqdadır. Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaşdırılıb.

 

Qeyd edək ki, Ermənistan tərəfi öncə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyin icrasını gecikdirmək istəyirdi. Ancaq təzyiqlərdən sonra dəhlizin Ermənistan ərazisindən keçən hissəsində dəmir yolu xəttinin çəkilişlərinə start verilib.

 

Bu günlərdə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qeyd edib ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu ilə bağlı müsbət məqamlar var. Hazırda bu istiqamətdə konkret işlər görülür, dəmir yolunun Ermənistandan keçən 45 kilometrlik hissəsində tikinti aparılır.

 

Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Ümumiyyətlə isə, Horadiz- Zəngilan-Ağbənd dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.

 

Dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını təmin edəcək. Eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadisiyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yol xətti olacaq. Ən önəmlisi isə, bu dəmir yol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

 

 

 

Dəhliz bütün Zəngəzur bölgəsini əhatə etməlidir

 

 

 

Ötən il oktyabrın 26-da isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyulma mərasimi keçirilib.

 

Uuzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Hazırda yolun tikintisi sürətlə aparılır və 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

 

Son məlumatlara əsasən avtomobil yolu üzrə texniki göstəricilər: 123,8 kilometr, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlıdır. Yolun 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci kilometr hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30 faiz, boru və keçidlərin tikintisi 29 faiz, körpülərin tikintisi 27 faiz icra olunub. Ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası işlərinə start verilib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, Azəbaycan bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmır. Çünki bu dəhlizdən həm dəmir yolu, həm avtomobil yolu keçəcək. Növbəti isə gələcəkdə oradan Naxçıvana elektrik xətlərinin çəkilməsidir.  Eyni zamanda qaz xətləri də dəhlizdən keçə bilər. Beləliklə, Prezidentin də söylədiyi kimi, Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir.

 

Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi sayəsində ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasiiqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaq.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 30 yanvar.- S.1-2.