İstanbulda Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib
Yanvarın 29-da İstanbulda Vətən müharibəsi və daha əvvəl Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki
səfirliyi, ölkəmizin İstanbuldakı baş
konsulluğu, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq
və Həmrəylik Fondu və
Qars-Ərdahan-İğdır İnkişaf Vəqfinin təşəbbüsü
və təşkilatçılığı ilə baş
tutub.
Mərasimdə
Qars müqaviləsinin 100-cü ildönümü perspektivləri,
Türkiyə-Azərbaycan əməkdaşlığı,
Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizi
başda olmaqla, Ermənistanla normallaşma dövrü kimi bir
sıra mövzularda müzakirələr aparılıb.
Tədbirdə
çıxış edən Türkiyə Prezidenti yanında
Təhlükəsizlik və Xarici Siyasət
Şurasının üzvü, Türkiyə-Azərbaycan
Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri
professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri
Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı
baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım
Ermənistanın Azərbaycana qarşı uzun illər davam
edən təxribatları və işğalçılıq
siyasəti, hazırda davam edən normallaşma prosesi, Azərbaycan
dövləti tərəfindən Qarabağda aparılan bərpa-quruculuq
işləri haqqında danışıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin apardığı çox doğru hərbi və diplomatik siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində qalib gələrək bölgədə sülhü bərqərar edib. Bu Zəfər yalnız döyüş meydanında deyil, həm də informasiya cəbhəsində qazanılıb. 44 günlük Vətən müharibəsi başa çatsa da, hazırda diplomatik yollarla iki ölkə arasında normallaşma prosesi davam edir.
Qars müqaviləsi haqqında danışan natiqlər
bu sənədin bölgə ölkələrinin
ərazi bütövlüyü,
anlaşmanın müddəalarının yerinə yetirilməsinin
isə regionda davamlı sülhün
təmin olunması baxımından əhəmiyyətini
vurğulayıblar.
Çıxışlarda
Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin
hər iki dövlət kimi, bölgə və dünya üçün də əhəmiyyəti
xüsusi qeyd edilib, Şuşa Bəyannaməsinin bu
qardaşlıq əlaqələrinə hüquqi güc
qazandıran sənəd olduğu vurğulanıb.
Qarabağ
müharibəsindən sonra fəaliyyətə başlayan
“YAŞAT” Fondunun şəhid ailələri və qazilərə
göstərilən dövlət dəstəyindəki rolu
xüsusi vurğulanıb.
Mərasimdə
“YAŞAT” Fonduna ianə edənlərə xüsusi plaketlər
təqdim olunub.
Tədbirdə
QHT-lərin, siyasi partiyaların təmsilçiləri,
Türkiyənin incəsənət nümayəndələri
və digər qonaqlar iştirak ediblər.
Mərasimdə
Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
Azərbaycan.-2022.- 30 yanvar.- S.3.