Gəncləri səsləyirəm
ki, gəlsinlər, Şuşamızı
görsünlər
Şuşada olduğum üçün çox sevincliyəm, həyəcanlıyam, qürurluyam. Çünki 30 il sonra öz torpaqlarımıza qayıtmışıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri yanvarın 29-da Bakı-Şuşa-Bakı marşrutu ilə hərəkət edən növbəti sərnişin avtobusunda Şuşa şəhərinə gələn Nəzrin Əzizova bildirib. Şuşa torpağını müqəddəs hesab etdiyini söyləyən Nəzrin Əzizova deyib: “Mən Şuşadan Bakıya torpaq aparıram. Çünki bu torpaq çox müqəddəsdir. Bu torpaqda şəhidlərimizin qanı var. Bunu özümə borc bildim. İndi Qarabağın ən gözəl yerində - Cıdır düzündəyik. Təşkilatçılara təşəkkür edirəm ki, bizə bu şəraiti yaratdılar. Bu müqəddəs torpaqları gördük. Buraya Zəfər yolu ilə gəldik. Gözəl, mənzərəli yollardan keçdik. Gəncləri səsləyirəm ki, gəlsinlər, Şuşamızı görsünlər”.
Azərbaycan.-2022.- 30 yanvar.- S.3.