Dirçələn, yenilənən tarixi şəhər

 

 

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tariximizə yeni qəhrəmanlıq salnaməsi yazdı. Xalqın igid övladları Zəfər tarixini əbədiləşdirdi. Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı qədim Azərbaycan torpaqları azad edildi. İndi bu ərazilərdə yeni bir dövr başlayıb.

 

Artıq işğaldan azad olunan digər ərazilərimiz kimi, Qarabağın göz bəbəyi, Qafqazın incisi Şuşada da yenidənqurma işləri davam edir. Otuz ilə yaxın doğma xalqının həsrətini çəkmiş bu qədim və gözəl şəhər indi tarixinin bərpa, quruculuq dövrünü yaşayır.

 

Şuşa əzəli və əbədi Azərbaycan şəhəridir. Bünövrəsi 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş bu şəhəri bütün cəhdlərinə baxmayaraq ermənilər heç zaman özününküləşdirə bilmədilər. Ermənistanın baş naziri Nikol Paşinyanın “Şuşa bədbəxt və qaranlıq şəhər idi” deməsi də bu ögeyliyin, mənəvi bağların olmamasının təzahürüdür. Ermənilərin belə düşünməsinə baxmayaraq Şuşa Azərbaycan xalqı üçün  işıqlı məkan, nurlu şəhərdir.

 

Otuz ilə yaxın davam edən işğal müddətində ermənilər nə qədər çalışsalar da, bu şəhərin doğması olmadılar. Buna səy göstərənlər oldu. Lakin bunu edə bilmədilər, çünki şəhərin öz sahibləri vardı.

 

 

 

Şuşaya müzəffər xalq kimi daxil olduq

 

 

 

2020-ci ildə Vətən müharibəsindən sonra Şuşanı görən hər bir azərbaycanlının keçirdiyi hissləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində belə ifadə etdi: “Ermənilər nə qədər çalışsalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb”.

 

Azərbaycanın uzun illər erməni təcavüzkarlarının işğalına məruz qalmış torpaqlarını azad etməsi ilə tarixi ədalət bərpa olundu, haqq yerini tutdu.  Zaman-zaman işğalçı simasını göstərən, özgə torpaqlarına göz tikən qəddar ermənilər özləri də bu gün görürlər ki, Qarabağ ərazilərinin əsl sahibi kimdir. Vətəni sevmək həm də onun qədrini, qiymətini bilmək, qorumaq, inkişaf etdirməkdir.

 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarını birində diqqətə çatdırdığı kimi: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idibiz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”.

 

İşğaldan azad edilən Şuşada böyük işlər həyata keçirilirbu, Şuşa şəhərinin baş planı əsasında reallaşır. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, “Şuşanın baş planı təsdiq edildiçox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar”. Şəhərin baş planı hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlər də nəzərdə tutulub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq və məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulub. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılıb.

 

 

 

Nurlu şəhərimiz

 

 

 

1990-cı illərdə işğalçı ermənilər tərəfindən gülləbaran edilmiş Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün büstləri Şuşaya qaytarıldı. Üzeyir bəy Hacıbəylinin abidəsi yenidən qoyuldu. Bülbülün evinin açılışı oldu. Görkəmli şairsiyasi xadim Molla Pənah Vaqifin türbəsi bərpa edildi. 1990-cı illərdə erməni işğalınadək Şuşada keçirilən ənənəvi tədbirlər - “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri yenidən düzənlənməyə başladı. “Qarabağhoteli əsaslı təmirdən sonra istifadəyə verildi. Yeni yaşayış kompleksinin təməli qoyuldu. Dövlət başçısı dedi: “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.

 

Şuşanın bərpası istiqamətində işlər sürətlə davam etdirilir. İlk növbədə, yol çəkildi. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi də bərpa edildi. İndi iki mənbədən Şuşaya su gəlir.

 

Şuşada tarixi dini-mədəni abidələrimiz bərpa olunur. Üç məsciddə təmir işləri aparılır. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Cənab Prezidentin qeyd etdiyi kimi, Natəvan bulağı bərpa edilibindi su gəlir: “Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı”.

 

Azərbaycanının mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Həyata keçirilən işlər Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini göstərir.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 30 yanvar.- S.5.