AzercellinNizami ili”nə töhfəsi Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildi

 

 

Ölkənin lider mobil operatoruAzercell Telekom” xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində müxtəlif uğurlu layihələr həyata keçirib.

Ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkədə “Nizami ili”nin elan olunması ilə əlaqədar şirkətin həyata keçirdiyi innovativ layihə də diqqətsiz qalmadı. Belə ki, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Azercellin prezidenti Zərinə Zeynalova ilə görüş keçirərək 2021-ci il ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına xüsusi yanaşmasına görə şirkətin prezidentinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, 2021-ci il ərzində “Azercellin dəstəyi ilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audiomateriallarAzercellin eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib. Rəqəmsal xidmətləri hər kəs üçün əlçatan etməyi hədəfləyən “Azercellbu layihəsi ilə həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən mədəni irsimizin daha rahat şəkildə mənimsənilməsinə şərait yaratdı.

Təqdimat mərasimində Elnur Əliyev diqqətəçatdırdıki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ilielan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, millikimliyinə sadiqliyinin sübutudur. Daha sonra Elnur Əliyev “Azercell” şirkətinin prezidenti Zərinə ZeynalovayaNizami Gəncəvi-880” xatirə nişanını təqdim etdi.

 

 

Azərbaycan.-2022.- 30 yanvar.- S.8.