Azərbaycanın müdafiə naziri
Pakistan tərəfinə
başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, başsağlığında deyilir: “Bəlucistan bölgəsində xaincəsinə edilmiş terror hücumu zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.
Həlak olanlara
Allahdan rəhmət diləyir, onların
yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə
başsağlığı verir və səbir
diləyirik. Ruhları şad, xatirələri
əziz olsun. Bütün
yaralılara Tanrıdan şəfa diləyirəm”.
Azərbaycan.- 2022.-29 yanvar.- S.2.