Əsl DOST

 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu mərkəzlərdə ötən il 410 mindən çox şəxsə xidmət göstərilib

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosial yönümlülüyünün ön planda saxlanılmasıdır.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda da dövlət siyasətinin prioritetini bu məsələ təşkil edir. Əhalinin rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi, sosial müdafiə sisteminin etibarlılığının ən yüksək səviyyəyə çatdırılması Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas hədəflərindən biridir. Məhz bunun nəticəsidir ki, son illərdə sosial-iqtisadi sahədə həyata keçirdiyi yeniliklər və islahatlarla İlham Əliyev dünyada “Ən islahatçı Prezidentstatusuna sahibdir.

 

Müasir Azərbaycanın simasını əks etdirən mərkəz

 

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili və digər müvafiq fəaliyyət sahələrində ardıcıl və məqsədəuyğun işlər görülüb. Həmçinin əhalinin daha rahat şəkildə dövlət xidmətlərindən yararlanması üçün milli brendlər yaradılıb ki, bu gün bəzi ölkələr də Azərbaycanın bu təcrübəsindən yararlanmaqdadır. Onlardan biri DOST (Dayanıqlı Operativ Sosial Təminat) Agentliyidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü Prezidentin 2018-ci ildə imzaladığı fərmanla Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyi dövlət sosial xidmətlərininbir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.

Dövlət başçısı bildirir ki, yürütdüyü sosial siyasət DOST mərkəzlərində öz əksini tapır. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət edəcək.

Ümumiyyətlə, İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq bərabərlik prinsiplərinin təmin edilməsidir.

 

651 min 155 vətəndaşa məmnunluq səviyyəsi 98,2 faiz olan xidmət

 

Vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir əhali tərəfindən rəğbətlə qarşılanır.

Bu gün artıq ölkədə beş DOST mərkəzi fəaliyyət göstərir. 2021-ci ildə bu mərkəzlərdə 410 min 575, ümumilikdə ötən dövrdə isə 651 min 155 vətəndaşa xidmət göstərilib. Həmçinin mərkəzlər tərəfindən 2021-ci ildə əlavə olaraq 5627 elektron ümumilikdə isə fəaliyyət dövründə 38, 328 elektron müraciətə baxılıb. Çağrı mərkəzinə hesabat dövründə 916,328 zəng daxil olub ki, onların 899, 354-ü (98,2 faizi) cavablandırılıb. 2021-ci il ərzində 72,125 nəfərə agentliyin əməkdaşları, DOST Könüllüləri tərəfindən sosial xidmət göstərilib.  Məhz bunun nəticəsidir ki, DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir.

Bu mərkəzlərdə məşğulluq, əmək münasibətləri, əmək pensiyası sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, əlillik sağlamlıq imkanlarının məhdudluğu, sosial sığorta sosial xidmətlər istiqamətində, həmçinin bank notariat xidmətləri kimi funksional yardımçı xidmətlər göstərilir.

Bütün Bakı şəhəri Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. Bakıdakı 4 DOST mərkəzinə müraciət üçün qeydiyyat prinsipi artıq ötən il aradan qaldırılıb, paytaxtın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq, Bakı sakinləri istənilən DOST mərkəzinə müraciət edə bilərlər.

Dövlət başçısının bu günlərdə imzaladığı yeni fərmanla DOST mərkəzləri xidmətlərinin siyahısına daha bir xidmət - dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi xidməti əlavə edilib. Bununla da ümumilikdə DOST xidmətlərinin sayı 2019-cu ilin may ayından 30 faiz genişlənərək 156-ya çatıb.

 

Şuşada da DOST mərkəzi açılacaq

 

Agentliyin missiyası ölkə əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq sosial müdafiə xidmətlərinə xidmət mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir.

Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə təminat sahələri üzrə 156 xidmətinbir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. DOST layihəsi artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

DOST mərkəzləri şəbəkəsinin qısa müddətdə ölkəmizin bütün regionlarını, o cümlədən işğaldan azad olunmuş bölgələri əhatə etməsi Azərbaycan dövlətinin sosial təminat sahəsində təkmilləşmədə qədər maraqlı olduğunu göstərir.

İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşamızda da DOST mərkəzinin yaradılması nəzərdə tutulur ki, bu da İlham Əliyevin bu ərazidə soydaşlarımızın ən yüksək şəraitlə təmin edilməsi çağırışına əsaslanır.

Eyni zamanda Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı şəhər rayonlarında da DOST mərkəzlərinin, həmçinin Bakıda daha bir mərkəzin açılması üçün layihələndirmə, təmir-tikinti işləri aparılır.

Ümumilikdə isə 2025-ci ilədək Bakıda ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

 

Sosial təminat sahəsində böyük dönüş yaradan milli brend

 

Agentlik haqqında danışarkən İlham Əliyev vurğulayıb ki, DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində böyük dönüş yaradıb, innovasiyaların müasir xidmətlərin göstərilməsi üçün çox mühüm alət olub: “DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm “ASAN xidmətmərkəzləri bizim intellektual məhsulumuzdur. İndi “ASAN xidmətöz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq”.

Əlbəttə, bu bir daha təsdiq edir ki, İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti, qayğısı nəticəsində əhalinin sosial-məişət şəraiti yaxşılaşdırılır, yeni xidmətlərin yaradılması ildən-ilə genişlənir. Bu da bir daha göstərir ki, İlham Əliyev qlobal böhran şəraitində əhalinin sosial rifah halının yüksəldilməsi - vətəndaşların əməkhaqları pensiya təminatının yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, paytaxtda bölgələrdə müasir sosial infrastrukurun yaradılması prioritet olaraq qalır bu siyasət ardıcıl davamlıdır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-29 yanvar.- S.1; 5.