“Omikron” “Delta”nı sürətlə
üstələyir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus dünyanın pandemiyanın kritik mərhələsində olduğunu söyləsə də, onun bu il başa çata biləcəyinin mümkünlüyünü də açıqlayıb.
Pandemiyanın kəskin fazasını sona çatdırmaq üçün bütün instrumentlərin olduğunu nəzərə çatdıran Gebreyesus dövlətləri bu imkanlardan ədalətli və şüurlu şəkildə istifadə etməyə çağıraraq qeyd edib ki, əgər kompleks addımlar atılarsa, pandemiya bu il bitəcək. ÜST rəhbərinin belə xoş xəbər verməsinə baxmayaraq, ölkələrdəki mövcud vəziyyət bunun real olacağını şübhə altına salır. Son günlər ərzində Azərbaycan da daxil olmaqla, bütün dünya ölkələrində COVID-19-a yoluxma halları artır. Yoluxma ilə paralel şəkildə bəzi bölgələrdə virusdan ölüm halları da çoxalır.
Yeni ştam bütün
ölkələrdə aşkarlanıb
“Omikron”un aşkarlanmasından sonra onun altvariantı olan “Gizli Omikron”un ortaya çıxması və üstəlik, onun “Omikron”un klassik variantından daha çox yoluxucu olması və bir neçə ölkədə, o cümlədən Danimarka, Böyük Britaniya, Norveç, Hindistan, Filippin və Cənubi Afrikada, habelə ABŞ-ın Kaliforniya, Vaşinqton, Nyu York, Texas, Yuta, Nyu-Meksiko və digər ştatlarında qeydə alınması onu göstərir ki, “SARS-CoV-2” virusu hələ müxtəlif mutasiyalar altında qeyri-müəyyən müddətdə bizimlə olacaq.
ÜST-ün yoluxucu xəstəliklər üzrə epidemioloqu və COVID-19 üzrə texniki qrupun rəhbəri Maria Van Kerkhove də bildirib ki, “Omikron” artıq bütün dünyada “Delta” variantını sürətlə üstələyərək dominant hala gəlir. Lakin o, bəzi ölkələrdə “Omikron”un “Delta”nı ötməsinin müəyyən qədər vaxt apara biləcəyini, bunun həmin ölkələrdə “Delta” variantının dövriyyə səviyyəsindən asılı olduğunu söyləyib: “İndi “Omikron”, demək olar ki, bütün ölkələrdə aşkarlanıb. Çünki sürət baxımından “Delta”nı tez ötüb keçir”.
Maria Van Kerkhove bunu da əlavə edib ki, “Omikron”un “Delta”dan daha yüngül xəstəliyə səbəb olduğu barədə bəzi məlumatlar olsa da, əslində, belə deyil. Çünki insanlar hələ də “Omikron”a görə xəstəxanaya yerləşdirilirlər.
Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Tatyana Rujentsova isə “Omikron”dan sonra formalaşan immunitetin orqanizmi koronavirusun digər ştamlarından qoruya biləcəyini də düşünür. O, insanlara özlərini yalnız peyvənd və revaksinasiya vasitəsilə qorumalarını tövsiyə edir.
Cons Hopkins Universitetinin
professoru Stuart Ray deyib
ki, peyvəndlər klassik “Omikron” kimi, onun
BA.2 subvariantına qarşı
da təsirlidir.
ABŞ-ın
Oklahoma Universitetinin Hudson İctimai
Xalq Sağlamlığı
Kollecinin Səhiyyə
İdarəsi və Siyasəti Departamentinin sədri Dale Bratsler bildirib ki, əvvəllər
olduğu kimi, indi də əhalinin
müəyyən hissəsi
BA.2 subvariantına qarşı
həssas olacaq: “Həmişə narahat olduğumuz qruplar - yaşı 65-i keçənlər,
immuniteti zəif olanlar və ya COVID-ə yoluxma zamanı ağır fəsadların yarana biləcəyi mümkün
olan insanlar yüksək risk kateqoriyasına
daxildirlər. Buna görə də peyvəndlənməni təbliğ
etmək və cəmiyyətdəki həssas
insanları qorumaq üçün maskalar taxmaq vacibdir”.
ABŞ-ın Çikaqo Xalq Sağlamlığı Departamentinin
komissarı Allison Arvady
isə “Omikron”un əsas simptomunun boğaz ağrısı olduğunu
nəzərə çatdırıb:
“Boğaz ağrınız
varsa, özünüzü
COVID xəstəsi hesab
edin və test nəticəsini gözləmədən
təcrid olunun. Mövcud statistik məlumatlar da boğaz ağrısının
daha çox koronavirusa işarə etdiyini göstərir”.
Əhalinin müəyyən
hissəsi “Gizli Omikron”a qarşı daha həssas olacaq
Ümumdünya Səhiyyə Təşkilatı
BA.2-ni hələ ki “narahatlıq doğuran
variant” kimi təsnif etməyib. Lakin qurum bildirib ki,
“Gizli Omikron”un
xüsusiyyətləri, o cümlədən
“immunitetdən qaçma
bacarığı” müstəqil
olaraq öyrənilməlidir.
BA.2 ilə bağlı halların artdığı Danimarkada
ilkin tədqiqatlar təsdiqləyib ki, subvariant bu günə
qədər məlum olan ən yoluxucu
variantdan - “Omikron”dan da yoluxucu ola bilər. Danimarkanın səhiyyə
naziri Magnus Heunicke artıq BA.2 subvariantının
ölkədə dominant olduğunu
söyləyib: “Bu cür
sürətli artım
BA.2-nin orijinal “Omikron”
ştamından daha yoluxucu olduğunu göstərə bilər.
Bununla bağlı daha çox araşdırmanın
aparılmasına ehtiyac
var”.
Dünyada getdikcə daha çox yayılan “Omikron”la bağlı aparılan tədqiqatlar əvvəllər virusa yoluxan insanların da bu ştama
yoluxma ehtimalının
olduğunu təsdiqləyib. İngilis
alimləri bu ştama yoluxanların böyük
əksəriyyətinin əvvəllər
COVID-19 xəstəliyi keçirmiş
insanlar olduğunu üzə çıxarıb.
Böyük Britaniyada
“Omikron”a yoluxanların
üçdəikisi əvvəllər
COVID-19 xəstəliyinə tutulmuş insanlar olublar. Bu şəxslər,
əsasən, tibb işçiləri, uşaqları
olan ailələrdir.
Yeni pandemiya təhlükəsi
var?
ÜST Cənubi
Afrika Respublikasında
yarasalarda “NeoCoV” adlı yeni koronavirusun aşkarlandığını
açıqlayıb. Təşkilat bu virusun insanlar
üçün təhlükəsinin
hələ öyrənilmədiyini,
bunun üzə çıxarılması üçün
əlavə araşdırmanın
tələb olunacağını
bildirib.
Çinin Uhan Universitetinin bioloqlarının fikrincə,
virus insanlar arasında
yayıla bilər. İnsanlarla vəhşi
heyvanlar arasında təmas daha tez-tez baş verərsə, koronavirusla əlaqəli yeni pandemiyalar başlaya bilər.
Hələlik isə alimlər diqqətlərini
daha çox “Omikron”un gizli
variantının üzərinə
cəmləyiblər. Tədqiqatçılar bu variantın təhlükəli olub-olmadığını
araşdırmağa çalışırlar.
Rəsmi
olaraq BA.2 kimi tanınan “Gizli Omikron”u klassik “Omikron”dan fərqləndirən
kiçik əlamətlər
var, lakin bunlar həmin variantın tamamilə yeni nəsil hesab edilməsi üçün kifayət
deyil. “Onları eyni ailənin qardaşları kimi təqdim edə bilərik”, - deyən
ABŞ-ın Duke Universitetinin
Tibb fakültəsinin
dosenti, yoluxucu xəstəliklər üzrə
mütəxəssis Cameron Volfe
də bəzi incə fərqlər olsa da, hər
iki variantın genetikasının əksəriyyətinin
eyni olduğunu söyləyib.
Vulfun fikrincə,
BA.2 altvariantı, çox
güman ki, “Omikron”un bütün
dünyada geniş yayılması ilə təkamül edib. Virus yayıldıqca
və çoxaldıqca,
davranışını dəyişə
bilərək yeni mutasiyalar əmələ gətirə bilir.
İlhamə İSABALAYEVA
Azərbaycan.- 2022.-29 yanvar.- S. 5.