Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi
(150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On doqquz min nəfər əhalinin yaşadığı
4 yaşayış məntəqəsini
birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla
dövlət sərhədi
(150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc
avtomobil yolunun tikintisi məqsədilə
"Azərbaycan Respublikasının
2023-cü il dövlət
büdcəsində dövlət
əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan
vəsaitin bölgüsü"nün
1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon (altı milyon yeddi yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 mart 2023-cü il
Azərbaycan.- 2023.- 1 aprel.- S.2.