Dövlət Komissiyasının 2022-ci ilə dair “İllik hesabat”ı nəşr
edilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik hesabat” jurnal formasında nəşr edilib.
Dövlət
Komissiyasından AZƏRTAC-a bildirilib ki, qeyd olunan
hesabatda 2022-ci il ərzində
Dövlət Proqramının icrasına dair
ümumiləşdirilmiş məlumat, o
cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın
təkmilləşdirilməsi, narkomanlığa qarşı
mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər,
hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi
və müalicəsi, bu sahədə
aparılan tədqiqatlar, narkomanlığa qarşı təbliğat
və profilaktika işinin
təşkili, həmçinin qeyri-hökumət və
beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapıb.
Azərbaycan.-
2023.- 1 aprel.- S.2.