İ.İ.Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 aprel 2023-cü il
Azərbaycan.- 2023.-5 aprel.-
S.3.