Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri,
1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası
arasında diplomatik əlaqələrin qurulmasının
30-cü ildönümü münasibətilə Kraliça
ilə birlikdə Sizə ən səmimi təbriklərimizi
və xoş arzularımızı çatdırırıq.
Son 30 il
ərzində Malayziya
ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində
qarşılıqlı hörmət
və maraq doğuran məsələlərdə
ortaq dəyərlər
prinsipinə əsaslanan
sıx səmimi münasibətlər mövcuddur.
Biz ürəkdən
inanırıq ki, dövlətlərimiz arasında
əməkdaşlıq gələcək
illərdə də genişlənərək, ölkələrimizin
və xalqlarımızın
rifahı naminə ikitərəfli münasibətlərin
yeni sahələrini əhatə edəcək.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm
cansağlığı və
rifah, həmçinin
xalqlarımıza davamlı
sülh, tərəqqi
və firavanlıq arzulayırıq.
Əlahəzrət əl-Sultan
Abdullah Riayatuddin əl-Mustafa
Billah
Şah Ibnl Almarhum Sultan Haci Əhməd Şah əl-Mustain Billah
Malayziyanın Kralı
Azərbaycan.- 2023.-6 aprel.-
S.5.