Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1110; 2008, ¹ 6, maddə 498; 2013, ¹ 12, maddə 1508; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 3, maddə 469, ¹ 8, maddə 1384; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 8, maddə 1677; 2022, ¹ 4, maddə 305, ¹ 5, maddə 471, ¹ 9, maddə 1028; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2050 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmişAzərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnaməüzrə:

1.1. 4.1-ci bənddəmərkəzi icra hakimiyyəti orqanlarınınsözləridövlət orqanlarının (qurumlarının)” sözləri ilə əvəz edilsin;

1.2. 4.5-ci bəndəorqanlarınınsözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin;

1.3. 4.10.1-ci yarımbənddəsəkkizsözüdoqquzsözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmişAzərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”ninŞuranın üzvlərihissəsinə aşağıdakı məzmunda on birinci on ikinci abzaslar əlavə edilsin:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2023-cü il

 

Azərbaycan. - 2023.- 8 aprel.- S.4.