Azərbaycan Respublikasının
1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində, 2000-ci il 14 aprel tarixli
859-IQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyələrin daimi və başqa
komissiyaları haqqında Əsasnamədə, 2005-ci il 3 may tarixli
903-IIQ saylı
Qanunu ilə təsdiq edilmiş
Bələdiyyələrin regional
assosiasiyalarının Nümunəvi Əsasnaməsində və
2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu
ilə təsdiq edilmiş Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası
haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 1-ci, 7-ci və 20-ci bəndlərini və 95-ci maddəsinin
I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 107; 1999, ¹ 5, maddə 284; 2000, ¹ 6, maddə 380, ¹ 12, maddələr 832, 834; 2003, ¹ 2, maddə 77; 2004, ¹ 5, maddə 314; 2006, ¹ 1, maddə 3, ¹ 5, maddə 396, ¹ 12, maddə 1005; 2007, ¹ 8, maddə 755, ¹ 11, maddələr 1049, 1081; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 4, maddə 358; 2016, ¹ 1, maddə 35; 2019, ¹ 1, maddə 1, ¹ 8, maddə 1365; 2020, ¹ 4, maddə 395, ¹ 6, maddə 673, ¹ 7, maddə 848; 2021, ¹ 1, maddə 3) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü maddənin birinci hissəsinin ikinci cümləsində və yeddinci hissəsində, 48-ci maddənin adında və birinci hissəsində ismin müvafiq hallarında "kütləvi informasiya vasitələri" sözləri "media" sözü ilə əvəz edilsin;
1.2. 25-ci maddənin ikinci hissəsinin dördüncü cümləsində "kütləvi informasiya vasitəsi" sözləri "media" sözü ilə əvəz edilsin;
1.3. 31-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında "kütləvi informasiya vasitələri" sözləri "media subyektləri" sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2000-ci il 14 aprel tarixli 859-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 705; 2011, ¹ 12, maddə 1079) ilə təsdiq edilmiş "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə"nin 21-ci maddəsinin ikinci cümləsində "kütləvi informasiya vasitələrinin" sözləri "media subyektlərinin" sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 903-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 561) ilə təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nin III maddəsinin 1-ci hissəsinin dördüncü abzasında "qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələri" sözləri "Media haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq media subyektləri" sözləri ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 470; 2007, ¹ 10, maddə 934; 2009, ¹ 1, maddə 7; 2010, ¹ 3, maddə 173; 2013, ¹ 11, maddə 1273; 2017, ¹ 5, maddə 710; 2018, ¹ 5, maddə 840; Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli
785-VIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə"nin 7.6-cı maddəsində "kütləvi informasiya vasitələri" sözləri "media subyektləri" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral
2023-cü il
Azərbaycan.- 2023.-9 aprel.- S.7.