Yerli rəy sorğusu haqqında, Avtomobil
yolları haqqında, Diplomatik xidmət haqqında,
Dövlət satınalmaları haqqında, Gənclər siyasəti
haqqında, Azərbaycan Respublikasında dövlət dili haqqında, Əhalinin ekoloji
təhsili və maarifləndirilməsi haqqında, Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti
haqqında, Tənzimlənən qiymətlər haqqında və
Banklar haqqında Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 10-cu, 15-ci, 19-cu, 23-cü və 27-ci bəndlərini rəhbər
tutaraq, "Media haqqında"
Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli
471-VIQ nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Yerli
rəy sorğusu haqqında" Azərbaycan
Respublikası Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 12, maddə 686; 2004, ¹ 1, maddə 10) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 10-cu maddənin
üçüncü hissəsində
və 29-cu maddənin
ikinci hissəsində
ismin müvafiq hallarında "kütləvi
informasiya vasitələri"
sözləri ismin müvafiq hallarında
"media" sözü ilə
əvəz edilsin;
1.2. 22-ci maddənin
ikinci və dördüncü hissələrində,
29-cu maddənin on üçüncü
hissəsinin birinci cümləsində, 30-cu maddənin
on beşinci hissəsində
və 32-ci maddənin
altıncı hissəsində
ismin müvafiq hallarında "kütləvi
informasiya vasitələri"
sözləri ismin müvafiq hallarında
"media subyektləri" sözləri ilə əvəz edilsin.
Maddə 2. "Avtomobil
yolları haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 3 (I kitab),
maddə 125; 2001, ¹ 12, maddələr
731, 736; 2004, ¹ 11, maddə 901; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 5, maddə
436, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 348, ¹ 7, maddə
602; 2012, ¹ 6, maddə 506; 2013, ¹ 6, maddələr 599, 624; 2014, ¹ 4, maddə
341, ¹ 7, maddə 775; 2016, ¹ 2 (I kitab), maddə 200, ¹ 12, maddələr 1994, 1995; 2017, ¹ 5, maddə 720, ¹ 12 (I kitab), maddə 2229; 2018, ¹ 1, maddə
20, ¹ 11, maddə 2223; 2019, ¹ 1, maddə 11, ¹ 6, maddə
989, ¹ 7, maddə 1183; 2020, ¹ 7, maddə 828, ¹ 12 (I kitab), maddə 1425; 2021, ¹ 8, maddə
897; Azərbaycan Respublikasının
2022-ci il 20 dekabr tarixli 704-VIQD nömrəli
Qanunu) 19-2-ci maddəsinin
yeddinci hissəsində
və 39-1-ci maddəsinin
ikinci hissəsində
"kütləvi informasiya
vasitələrində" sözləri "mediada"
sözü ilə əvəz edilsin.
Maddə 3. "Diplomatik
xidmət haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 9, maddə
567; 2002, ¹ 12, maddə 703; 2004, ¹ 6, maddə 414; 2005, ¹ 10, maddə
873; 2008, ¹ 3, maddə 155; 2009, ¹ 6, maddə 399; 2011, ¹ 2, maddə
71; 2013, ¹ 4, maddə 365; 2015, ¹ 10, maddə 1084; 2016, ¹ 2 (I kitab),
maddə 188; 2017, ¹ 6, maddə
1041, ¹ 7, maddə 1250, ¹ 12 (I kitab), maddə 2190; 2021, ¹
8, maddə 902; 2022, ¹ 1, maddə
6; Azərbaycan Respublikasının
2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli
Qanunu) 4.1.8-ci maddəsində
"kütləvi informasiya
vasitələrinin" sözləri
"media subyektlərinin" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Dövlət
satınalmaları haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 1, maddə
11, ¹ 12, maddə 706; 2005, ¹ 12, maddə 1083; 2006, ¹ 12, maddə
1005; 2010, ¹ 3, maddə 173, ¹ 4, maddə 276; 2016, ¹ 2 (I kitab),
maddə 205, ¹ 4, maddə
628; 2017, ¹ 5, maddə 699; 2018, ¹ 12 (I kitab), maddə 2523; 2019, ¹
7, maddə 1208, ¹ 8, maddə
1372; 2020, ¹ 5, maddə 525; 2021, ¹ 6 (I kitab), maddə 559, ¹ 7, maddə 719, ¹ 12, maddələr
1313, 1342) 13-1.1-ci maddəsinin ikinci cümləsində,
25.1-ci və 25.2-ci maddələrində
"kütləvi informasiya
vasitələrində" sözləri "mediada"
sözü ilə əvəz edilsin.
Maddə 5. "Gənclər
siyasəti haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə
231; 2007, ¹ 8, maddə 746; 2010, ¹ 3, maddə 171; 2019, ¹ 4, maddə
582, ¹ 8, maddə 1382, ¹ 11, maddə
1684; 2020, ¹ 6, maddə 670, ¹ 7, maddə 828; 2021, ¹ 6 (I kitab),
maddə 543, ¹ 7, maddə
699,
¹ 8, maddə 898) aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 5.2-ci maddədə
"verilişlərinin" sözü "proqramlarının"
sözü ilə əvəz edilsin;
5.2. 5.9-cu maddədə
"kütləvi informasiya
vasitələri" sözləri
"media subyektləri" sözləri ilə,
"verilişlər" sözü
"proqramlar" sözü
ilə əvəz edilsin.
Maddə 6. "Azərbaycan
Respublikasında dövlət
dili haqqında"Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 1, maddə 2, ¹ 8, maddə
415; 2004, ¹ 8, maddə 598; 2007, ¹ 11, maddə 1053; 2011, ¹ 6, maddə
483; 2017, ¹ 1, maddə 5; 2019, ¹ 2, maddə 180, ¹ 4, maddə
578; 2020, ¹ 6, maddələr 671, 674, ¹ 7, maddə 856) aşağıdakı
dəyişikliklər edilsin:
6.1. 6-cı maddənin
ikinci cümləsində
"verilişlər" sözü
"proqramlar" sözü
ilə əvəz edilsin;
6.2. 18.2-ci maddədə
"kütləvi informasiya
vasitələri" sözləri
"media subyektləri" sözləri ilə əvəz edilsin.
Maddə 7. "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında"Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 1, maddə 17; 2021, ¹ 6 (I kitab), maddə 543)
8.3-cü maddəsində "kütləvi informasiya vasitələri" sözləri
"media subyektləri" sözləri ilə əvəz edilsin.
Maddə 8. "Xaricdə
yaşayan azərbaycanlılarla
bağlı dövlət
siyasəti haqqında"Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 2, maddə 79; 2017, ¹ 1, maddə 14) 8.0.4-cü və
8.0.5-ci maddələrində "kütləvi informasiya vasitələrinə" sözləri
"media subyektlərinə" sözləri ilə əvəz edilsin.
Maddə 9. "Tənzimlənən
qiymətlər haqqında"Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 10, maddə 536) 8.1.4-cü maddəsində "kütləvi
informasiya vasitələri"
sözləri "media" sözü ilə əvəz edilsin.
Maddə 10. "Banklar
haqqında"Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 3, maddə 130; 2005, ¹ 4, maddə 276; 2007, ¹ 5, maddə
401, ¹ 6, maddə 562, ¹ 11, maddə
1070; 2008, ¹11, maddə 960; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddə
517; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə
590; 2013, ¹ 7, maddə 790; 2014, ¹ 7, maddə 772, ¹ 12, maddə
1517; 2015, ¹ 11, maddə 1262; 2016, ¹ 3, maddə 406, ¹ 6, maddə
975; 2017, ¹ 4, maddə 521, ¹ 11, maddə 1956, ¹ 12 (I kitab), maddə 2227; 2018, ¹ 1, maddə
33, ¹ 5, maddə 842, ¹ 7 (I kitab),
maddə 1389, ¹ 12 (I kitab),
maddə 2466; 2019, ¹ 1, maddələr
32, 50, ¹ 4, maddə 599, ¹ 6, maddə
999, ¹ 7, maddə 1185, ¹ 8, maddə
1365; 2020, ¹ 5, maddə 515; 2021, ¹ 1, maddə 8, ¹ 11, maddə
1206, ¹ 12, maddə 1298; Azərbaycan
Respublikasının 2022-ci il
2 dekabr tarixli 671-VIQD nömrəli, 20 dekabr tarixli 706-VIQD nömrəli,
23 dekabr tarixli 754-VIQD nömrəli və 30 dekabr tarixli 785-VIQD nömrəli qanunları)
18.1-ci maddəsinin birinci
cümləsində, 24.5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 59.3-cü maddəsinin
ikinci cümləsində,
69-cu maddəsində, 74.3-cü maddəsinin ikinci cümləsində, 76.1-ci maddəsinin
birinci cümləsində,
77.7-ci maddəsinin üçüncü
cümləsində, 87.4-cü maddəsinin üçüncü
cümləsində və
91.3-cü maddəsinin birinci
cümləsində "kütləvi
informasiya vasitələrində"
sözləri "mediada"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 fevral 2023-cü il
Azərbaycan. - 2023.-9 aprel.- S.11.