Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə 831, ¹ 11, maddə 1320; 2016, ¹ 6, maddə 1034, ¹ 10, maddə 1612; 2017, ¹ 12 (I kitab), maddələr 2282, 2294; 2018, ¹ 11, maddə 2258; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 7, maddə 878, ¹ 11, maddə 1349; 2021, ¹ 1, maddə 36; 2022, ¹ 4, maddələr 314, 324, ¹ 8, maddə 871; 2023, ¹ 1, maddə 84; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2049 nömrəli Fərmanı)  ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.1-ci bəndin birinci cümləsindən "(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)" və ", habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri çıxarılsın;

2.2.   5.5-ci bəndin birinci cümləsində "bir birinci müaviniüç müavini" sözləri "müavinləri" sözü ilə əvəz edilsin;

2.3.   5.6.9-cu yarımbənddə "yerli baş idarə, idarə, şöbə və bölmələrin" sözləri "strukturuna daxil olan qurumların" sözləri ilə əvəz edilsin;

2.4.   5.6.11-ci yarımbənddə "yerli baş idarə, idarə, şöbə və bölmələrin" sözləri "strukturuna daxil olan" sözləri ilə əvəz edilsin;

2.5.   5.7-ci bəndin birinci cümləsindən

", Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 9 aprel.- S.8.