Dini ekstremizmə
qarşı mübarizə haqqında, Lisenziyalar
və icazələr haqqında, Hərbi vəziyyət
haqqında, Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında,
Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında,
Məşğulluq haqqında, Hesablama
Palatası haqqında, Uşaqların zərərli informasiyadan qorunması haqqında, Psixoloji yardım haqqında, Enerji
resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında
və Turizm haqqında Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli
811-VIQD nömrəli Qanununun tətbiqi və
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan
Respublikasında rəqəmsal inkişaf
və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında 2018-ci il 12 yanvar tarixli
1785 nömrəli, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
fəaliyyətinin təmin edilməsi haqqında 2018-ci il 26 iyun
tarixli 148 nömrəli, Uşaqların zərərli
informasiyadan qorunması haqqında Azərbaycan
Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli
Qanununun tətbiqi barədə 2018-ci il 20 noyabr tarixli
354 nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dini ekstremizmə qarşı mübarizə haqqında", "Lisenziyalar və icazələr haqqında", "Hərbi vəziyyət haqqında", "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Məşğulluq haqqında", "Hesablama Palatası haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında", "Psixoloji yardım haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və "Turizm haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 811-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 1, maddə 41; 2019, ¹ 1, maddə 95, ¹ 6, maddə 1027, ¹ 11, maddə 1702, ¹ 12, maddə 1929; 2020, ¹ 3, maddə 231, ¹ 4, maddə 407, ¹ 8, maddə 1044; 2021, ¹ 6 (I kitab), maddə 593, ¹ 12, maddələr 1356, 1430; 2022, ¹ 5, maddə 459, ¹ 11, maddə 1264) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.14-cü yarımbəndindən "38-ci," sözləri çıxarılsın.
2. "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə 619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə 1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə 1039, ¹11, maddə 1357; 2021, ¹ 1, maddə 30, ¹ 6 (I kitab), maddələr 579, 593, ¹ 8, maddə 908, ¹ 12, maddələr 1369, 1416; 2022, ¹ 4, maddələr 305, 306, ¹ 5, maddələr 443, 448, ¹ 10, maddə 1136, ¹ 12, maddə 1438; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli, 20 fevral tarixli 2037 nömrəli və 10 mart tarixli 2064 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi"nin 3.1.61-ci yarımbəndində "kütləvi informasiya resursları" sözləri "media" sözü ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nın 13-cü hissəsinin "Göstərdiyi xidmətlər" sütununun 6-cı bəndi ləğv edilsin.
3. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 11, maddə 2267; 2019, ¹ 6, maddə 1008; 2022, ¹ 5, maddə 462) 3.2-ci bəndində "teleradio" sözü "televiziya və radio" sözləri ilə, "Milli Televiziya və Radio" sözləri "Azərbaycan Respublikasının Audiovizual" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. "Dini ekstremizmə qarşı mübarizə haqqında", "Lisenziyalar və icazələr haqqında", "Hərbi vəziyyət haqqında", "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Məşğulluq haqqında", "Hesablama Palatası haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında", "Psixoloji yardım haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və "Turizm haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 811-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 9 aprel.-
S.8.